+
-
28.04.2016
28.04.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

27 aprel 2016-cı il tarixdə Səfir Şah Məhəmməd Camalın rəhbərlik etdiyi Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin və “Milli Təhlükəsizlik və Müdafiə kursu”nun nümayəndələrindən ibarət heyət Azərbaycan Respublikasına səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin  Akademiyasında olmuşdur.

Tanışlıq zamanı qonaqlara Akademiyada təlim-tədris prosesinin təşkili, inzibati və kursantların yerləşmə binasının maddi-texniki imkanları nümayiş etdirilmiş, Akademiyanın yaradılması və inkişafı, əldə olunmuş nailiyyətlər haqqında məlumat verilmişdir.

Görüşdə kursantların təlim-tədrisi üçün yüksək şərait yaradılmış, müasir tələblərə cavab verən, memarlıq üslubu ilə fərqlənən Akademiyanın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi  xüsusilə vurğulanmışdır.  

Sonra Pakistan nümayəndələrinə “Azərbaycanın sərhəd təhlükəsizliyinin təşkili” mövzusunda təqdimat keçirilmiş, Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti və onun inkişaf tendensiyaları, sərhəd təhlükəsizliyinə olan təhdidlər, Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması qeyd olunmuş, qonaqlara Dövlət Sərhəd Xidmətinin yaradılması, əsas vəzifələri, ölkə rəhbərliyinin böyük qayğı və diqqəti nəticəsində sərhəd mühafizəsinin gücləndirilməsi və müasirləşdirilməsi istiqamətində görülmüş işlər, Dövlət Səhəd Xidmətinin beynəlxalq əlaqələri, o cümlədən Pakistan İslam Respublikasının aidiyyəti qurumları ilə əməkdaşlığı barədə ətraflı məlumat verilmişdir. 

 

                                                 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw