+
-
20.03.2016
20.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2011-ci ildən başlayaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində keçirilən və artıq ənənəyə çevrilmiş “Valideyn günləri” müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir, hərbi hissələrlə valideynlər arasında əlaqələri gücləndirir.

Novruz bayramı ərəfəsində Dövlət Sərhəd Xidmətinin Bakı, Horadiz, Göytəpə, Lənkəran, Xudat, Şəki, Za­qatala, Şəmkir, Yevlax qarni­zonlarında təşkil olunan “Valideyn günləri”ndə əsgərlər xalqımızın milli ənənələri sırasında mühüm yer tutan, Vətənə məhəbbət, həmrəylik, xeyirxahlıq kimi mənəvi-əxlaqi keyfiyyətlər aşılayan Novruz bayramının sevincini valideynləri ilə birgə yaşamışlar. Tədbirlərdə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev, Dövlət Sərhəd Xidməti rəisinin müavinləri və digər rəhbər vəzifəli şəxslər iştirak etmişlər.

“Vali­deyn günləri”ndə qo­naqlara öncə hərbi hissə barəsində ümu­mi məlumat verilmiş, vali­deynlər əsgərlər üçün yaradılmış xidmət və məişət şəraiti ilə yaxından tanış olmuşlar. Tədbirlərin rəsmi hissəsində Azərbaycan Respub­likasının Prezi­denti cənab İlham Əliyevin Və­tənimizin sərhədlərinin mühafi­zəsinə göstərdiyi ali diqqət və qayğı nəticəsində sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi istiqamətində qazanılan uğurlar haqqın­da valideynlərə ətraflı məlumat verilmiş, əsgərlərin müddətli hərbi xidməti dövründə valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılmış, sərhədçilərin  xidməti şəraiti barədə qonaq­ların fikirləri dinlənilmişdir.

Xidmətdə fərqlənən əsgərlər Fəxri Fərmanlarla, “Xidmətdə fərq­lən­miş sərhədçi” döş nişanları ilə, Döyüş Bayrağı önündə çəkilən fotoşəkillərlə, qiy­mət­li hədiyyələrlə təltif olunmuşlar, onların vali­deynlərinə «Təşəkkür məktubları» təqdim edilmişdir.

Valideynlər əsgər yeməkxanasında bayram süfrəsi arxasında övladları ilə birgə nahar et­dikdən sonra incəsənət ustalarının iştirakı ilə konsert proq­ramları təşkil edilmiş, maraqlı və rəngarəng mədəni-kütləvi tədbirlər keçirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

 

f tw