+
-
23.02.2016
22.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun sayıqlığı nəticəsində Bakı şəhərində cinayət hadisəsinin qarşısı alınmışdır.

20 fevral 2016-cı il tarixdə saat 06:00 radələrində Dövlət Sərhəd Xidmətinin Nizami rayonu ərazisində yerləşən hərbi hissəsinin növbətçisi baş çavuş Əlbəndəyev Süleyman Qasımbala oğlu yaxınlıqdakı ərzaq mağazasından iki nəfər mülki şəxsin oğurluq etməyə cəhd göstərdiklərini müşahidə etmişdir. Hərbi hissə növbətçisi onları saxlamaq istəyərkən şəxslərdən biri hadisə yerindən  qaçmışdır. Baş çavuş S.Əlbəndəyev həmin şəxsi təqib edərək yaxalamış və hər iki şəxsi hadisə yerinə çağırılan Nizami rayon polis idarəsinin əməkdaşlarına təhvil vermişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

f tw