+
-
18.12.2015
18.12.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan  Sərhəd Mühafizəsinin təkmilləşdirilməsinə göstərilən dövlət qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində xidmət və məişət şəraitinin yaxşılaşdırılması istiqamə­tində məqsədyönlü tədbirlər uğurla davam etdirilir.

Dekabr ayının 18-də Şəmkir Sərhəd Dəstəsinin “Keşikçi dağ” sərhəd zastavası kompleksinin istifadəyə verilməsi münasibətilə keçiri­lən təntə­nəli tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavi­ni general-leytenant Rəşad Sadiqov iştirak etmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərhədçilərlə çoxsaylı görüşlərindən birinin məhz bu sərhəd zastavasının ərazisində baş tutması, 2005-ci ilin oktyabr ayının 12-də şimal-qərb sərhədlərimizin mühafizəsinin təşkili ilə tanış olarkən sərhəd zastavasının yerləşdiyi ərazidəki Keşikçi dağının ən uca zirvəsinə qalxması, cənab Ali Baş Komandanın qalxdığı yüksəklikdə sərhədçilər tərəfindən sonsuz ehtiramın və sədaqətin ifadəsi olaraq abidə ucal­dıl­ma­sı və həmin zirvənin “İlham Əliyev zirvəsi” adlan­dırılması açılış mərasi­min­də böyük qürur hissi ilə vurğulanmışdır. “Keşikçi dağ” sərhəd zasta­va­sı Şəmkir Sərhəd Dəstəsinin mürəkkəb relyefə malik ərazilərində xidmə­tin keyfiyyətinin yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son iki ay ərzində istifadəyə verilən dördüncü yeni sərhəd zastavası kompleksi olması qeyd edil­miş­dir.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd zastavasında yaradılmış şəraitlə yaxından tanış olmuşlar. Müasir tələblərə cavab verən sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılmışdır. Müаsir tələblərə cаvаb verən sərhəd zas­ta­vasındа şəхsi heyət üçün lаzımi məişət şərаiti оlаn yataqxana, yemək­xana, хüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydan­­çası, anbarlar, mərkəzləş­dirilmiş istilik və işıqlandırma sistemi, hamam-cama­şırxana və digər tikililər sərhədçilərin istifаdəsinə verilmişdir. Sərhəd zasta­vasında zabit və gizirlər üçün tikilmiş yeni mənzillər zəruri mebel və avadan­lıqlarla tam təmin edilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw