Dövlət Sərhəd Xidmətinin əməkdaşları qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər. Sərhədçilərin sayıqlığı sayəsində külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.
Dekabr ayının 5-də Qusar rayonun Samur qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində əldə olunmuş əməliyyat məlumatı əsasında həyata keçirilən axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasına gətirilməsi üçün dövlət sərhədində kolluq ərazidə gizlədilmiş 4 bağlamada 2050 qutu “Marlboro”, 740 qutu “Richmond”, 2010 qutu “Parlament” və 200 qutu “Kent” markalı siqaretlər aşkar edilərək götürülmüşdür.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi