+
-
27.11.2015
27.11.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2015-ci ilin noyabr ayının 26-da Azərbaycan Res­pub­li­ka­sı­nda işgüzar səfərdə olan Gürcüstanın Daxili İşlər Naziri Giorgi Mgebrşvili ilə Dövlət Sərhəd Хidmətinin rəisi–Sərhəd Qоşun­lаrının Kоmаndаnı generаl-pоlkоvnik Elçin Quliyev arasında görüş keçirilmişdir.

Görüşdə Azərbaycan - Gürcüstan dövlət sərhədin­də əmə­liy­yat şəraiti və onun inkişaf tendensiyaları müzakirə olunmuş, Azərbaycan Res­pub­li­ka­sı­nın Dövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında faydalı əməkdaşlığın hazırki vəziy­yəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlən­dirilməsi haqqında fikir mübadiləsi aparılmışdır. Tərəflər Azərbaycan – Gürcüs­tan dövlət sərhədin­in delimitasiyası və demarkasiyası üzrə işlərin uğurla davam etdirilməsini qeyd etmiş, razılaşdırılmamış ərazilər üzrə tezliklə razılıq əldə ediləcəyinə ümidvar olduqlarını bildirmişlər.

Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, qa­çaq­mal­çı­lı­ğa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində Azərbaycan  və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilmişdir.

Bununla yanaşı, görüş zamanı Ermənistan tərəfindən Azərbay­can Res­pub­li­ka­sı­nın 20% ərazisinin işğal edilməsinin ölkəmizin milli təhlükəsizliyi üçün əsas təhdid olaraq qaldığı və həmin ərazilərin transsərhəd cinayətkarlıq tərəfindən istifadə olunduğu xüsusi vurğulan­mışdır.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəz

f tw