+
-
11.11.2015
11.11.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Cari ilin 11 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti MDB Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) Astana şəhərində keçiriləcək 74-cü iclasında müşahidəçi qismində iştirak etmək üçün Qazaxıstan Respublikasına səfər edib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə bir sıra sərhəd qurumlarının nümayəndə heyətləri arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfər noyabrın 12-dək davam edəcək.  

 

                                   Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw