+
-
22.10.2015
22.10.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin əməkdaşları sərhədlərimizin etibarlı mühafizəsi istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər.

15 oktyabr 2015-ci il  tarixdə Zaqatala rayonunun Uzunqazmalar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Beyləqan rayonu Birinci Şahsevən kənd sakini, 1990-cı il təvəllüdlü Şirinov Babək  Pəzviz oğlu saxlanılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, əvvəllər Suriya ərazisində İŞİD silahlı birləşmələrinin tərkibində döyüşmüş B.Şirinovun məqsədi dövlət sərhədini pozaraq Gürcüstana, oradan Türkiyəyə və daha sonra Suriyaya keçərək İŞİD silahlı birləşmələrinə qoşulmaq olmuşdur. Keçirilmiş əməliyyat-axtarış nəticəsində sərhəd pozucusuna vasitəçilik etmiş Zaqa­ta­la rayonunun Əliabad kənd sakini Şamxalov Əfqan Niyazi oğlu saxlanılmışdır.

18 oktyabr 2015-ci il tarixdə Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azər­bay­cana qaçaqmal gətirilməsi cəhdinin qarşısı alınmışdır. Sərhəd naryadı tərəfindən təqib olunan sərhəd pozucusu iki bağlamada Çin istehsalı olan 254 ədəd mobil telefonu hadisə yerində ataraq geri qaçmağa müvəffəq  olmuşdur.

20 oktyabr 2015-ci il tarixdə Ağstafa rayonunun ərazisində yerləşən “Dəmirtəpə” sərhəd zastavasının xidməti sahəsində Qazax rayon sakini Məmmədov Elsevər Rasim oğlu Gürcüstandan Azər­bay­cana 30 baş iribuynuzlu mal-qara gətirərkən saxlanılmışdır.

Hər üç fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

                                       

Dövlət Sərhəd Xidməti mətbuat mərkəzi 

 

f tw