+
-
12.07.2012
12.07.2012 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin iyun ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiya­ya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 38 halda 53 nəfər saxlanılmış, onların 39 nəfəri Azərbaycan Respublikası, 7 nəfəri Özbək­istan, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Gürcüstan, 1 nəfəri Mol­dova, 1 nəfəri Türkiyə vətəndaşı olmuşdur. Sərhəd rejim qaydalarını pozarkən 5 halda 10 nəfər, Xəzər dənizində sahilboyu rejim qaydalarını pozarkən 24 halda 40 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

Cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycan Res­publikası hüquq-mühafizə orqanları tərəfindən axta­rışda olan 184 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 7 halda 1 kiloqram 543 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmış­dır. Dövlət Sərhəd Xidməti tərəfindən «Xaş-xaş-2012» şərti adı altında keçirilmiş tədbirlər nəticəsində Şəki, Lerik, Balakən və Zaqatala rayonlarının ərazilərində 11,3 hektar sahədə yabanı halda bitmiş və ümumi çəkisi 17 min 455 kiloqram olan çətənə və xaş-xaş kolları toplanılmış, yerli hüquq-mühafizə orqanları əməkdaşlarının, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilmişdir.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən ölkəmizə məxsus 3 gəmiyə və 24 qayığa baxış keçirilmiş, dənizdən 1750 metr tor, 2 ədəd qayıq, gəmi və qayıqlardan 885 ədəd araq, 59 ədəd pivə, 100 litr benzin, 1 ədəd GPS, 2 ədəd mühərrik, 2 ədəd mobil telefon, 1 cüt ayaq pəri aşkar olunaraq götürülmüşdür.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçirilmiş tədbirlər nəticəsində 42 halda ümumi dəyəri təq­ribən 292 min 713 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd kustar üsulla hazırlanmış tapança, TOZ-8 tüfəngi üçün 5 ədəd patron, 1 ədəd dəmir axtaran cihaz, mobil telefonlar, müxtəlif növ dərman preparatları, spirtli içki və siqaretlər, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqa­mətində tədbirlər davam etdirilir.

f tw