+
-
29.08.2015
29.08.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən mütəşəkkil cinayət­karlığa qarşı mübarizə və saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyət davam etdirilməkdədir.

26 avqust 2015-ci il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 20 nömrəli “Sankt-Peterburq-Bakı” aviareysi ilə ölkə ərazisinə 15.01.1933-cü il təvəllüdlü Cəlalov Ələsgər Bayram oğlunun adına olan pasportdakı məlumatları və fotoşəkli saxtalaşdırmaqla sərhəd nəzarətindən keçməyə cəhd göstərən 13.12.1986-cı il təvəllüdlü Masallı rayon sakini Kərimov Bahadır Ağaxan oğlu saxlanılmışdır. Araşdırma zamanı müəyyənləşdirilmişdir ki, Bahadır Kərimov eyni zamanda Daxili İşlər Nazirliyi tərəfindən də axtarışdadır.

Hazırda fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

                 

                          Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw