+
-
10.08.2015
10.08.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev 2015-ci ilin 10 avqust tarixində Dövlət Sərhəd Xidməti Aparatında Türkiyə Silahlı Qüvvələrinin Hərbi Attaşesi və Hərbi Əməkdaşlıq üzrə koordinasiya qurumunun rəhbəri general-leytenant Hasan Nevzat Taşdeleri səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul etmişdir.

Söhbət əsnasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Türkiyə Respublikasının  Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş və gələcək əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Görüş zamanı general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi işinin təşkili və inkişafı məsələlərində Dövlət Sərhəd Xidməti ilə fəal əməkdaşlığa görə Türkiyə Silahlı Qüvvələrinin Hərbi Attaşesi və Hərbi Əməkdaşlıq üzrə koordinasiya qurumunun rəhbəri general-leytenant Hasan Nevzat Taşdeleri «Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)» yubiley medalı ilə təltif etmiş və yeni xidmətində uğurlar arzulamışdır.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 

                                             Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 

f tw