+
-
27.07.2015
27.07.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

26 iyul 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin  andiçmə mərasimi keçirilmişdir.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quli­ye­vin  təbrik telefonoqramı çatdırılmışdır.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov Dahi Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silah­­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçi­rilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviy­yə­si­nə qaldırıldığını, döv­lət sərhədlərimizin toxunulmazlığının təmin olun­ma­sı istiqa­mə­tində davam­lı dinamik inkişafa nail olunduğunu qeyd edərək, Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsu­­liy­yə­ti­ni öz üzərlərinə götürən gənc əsgərlərə müvəffəqiyyətlər arzulamış, döv­lətimizin ali diqqət və qayğısı sayəsində yaradılmış  şəraitdən bəhrə­lə­nə­rək xidmətdə yüksək nəticələrə nail olacaqlarına və hərbi anda sadiq qalacaqlarına əminliyini bildirmişdir.

Mərasimdə gənc əsgərlərin valideynləri çıxış edərək yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, öz övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tapşır­mış­lar.

Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatmışdır. 

 

                                                     Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw