+
-
15.07.2015
15.07.2015 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumat5

Azər­baycan Sərhəd Mühafizəsinin inkişafı, pe­şəkar sərhədçi zabit kadrların yetişdiril­məsi üçün son dərəcə ciddi əhəmiyyət kəsb edən Dövlət Sərhəd Xidməti Akademiyası Azərbaycan Res­publi­kası­nın Pre­zi­denti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tə­rə­findən 2007-ci ilin 12 iyun tarixində yaradılmışdır.

2015-ci ildə 131 gənc zabitin, o cümlədən ilk dəfə olaraq dənizçi və aviasiya ixti­saslı zabitlərin bitir­diyi bu ali hərbi təhsil müəs­­­sisəsində vətən­pər­vər, Azərbaycan dövlətçiliyinə və Silahlı Qüv­vələrin Ali Baş Koman­danına sadiq, savadı və intizamı ilə se­çilən zabitlərin hazırlanması, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pe­daqoji potensial və maddi-texniki baza formalaşdırılmışdır.

Son illər ərzində DSX Akademiyası təkcə Azərbaycan sər­həd­lərinin deyil, həm də xa­ri­ci döv­lət­lərin ölkə hüdudlarının müha­fizəsi üçün ixtisaslı mütə­xəs­­sislər hazırlayan beynəlxalq tədris mərkə­zinə çevrilməkdədir. 2014-cü ildə Akademiyada Səudiyyə Ərə­bis­tanı Kral­lığının yüksək rütbəli zabitləri üçün “Sərhəd nəza­rəti” kursu təş­kil edilmişdir. Hazırda Əfqanıstan, İraq və bir sıra MDB üzv dövlətlərinin Sərhəd Qoşunlarının Komandanlığı tərəfin­dən öz hərbi qulluqçularının DSX Akademiyasın­da təhsil alma­larına şərait yara­dıl­ması barədə müraciətlər olunmuşdur və bu istiqamətdə danışıq­lar davam edir.

2015-ci ilin 15 iyul tarixində Dövlət Sərhəd Xid­məti Akade­miyasının növbəti məzunlarının təntənəli buraxı­lış mərasimi keçi­rilmişdir. Ənə­nəvi olaraq möhtəşəm və əzəmətli Dövlət Bayrağı Mey­da­nında təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmə­tinin koman­dan­lığı, Bakı qarnizonu hərbi hissələrinin hərbi qul­luqçuları, gənc za­bitlərin valideynləri və ailə üzvləri iştirak etmişlər.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Ko­man­danı ge­neral-polkovnik Elçin Quliyev gənc ley­te­­­nantları Dahi Öndər Hey­dər Əliyev dövlətçiliyinə sədaqət, Və­tənə məhəbbət ruhunun, mü­zəffərlik və yenilməzlik kimi sərhədçi keyfiy­yətlərinin yeni nəsil daşıyı­cıları olmaq münasi­bətilə təbrik etmiş, Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyevin Azər­baycan Sərhəd Müha­fizəsinə ali diqqəti sayəsində əldə olun­muş xidməti nailiyyətlər barədə məlu­mat vermiş, gələcək xidmətlə­rində məzunlara uğur və müvəffəqiy­yətlər arzu­lamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının 1-ci xanımı Mehriban xanım Əli­ye­­vanın rəh­bərliyi altında Azərbaycan dövlətinin gücünün və iqti­sadi qüdrətinin tərən­nümünə çevrilmiş Birinci Avropa Oyunlarının təşkili və keçirilməsi za­manı xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan sərhəd­çilə­rinin dövlətimizin bu qələbəsini böyük ruh yüksəkliyi ilə qarşılamaları xü­susi qeyd olunmuşdur.     

Mərasim zamanı məzunlara diplomlar təqdim olunmuş, gənc za­bit­lər “Sərhədçi andı”nı qəbul etmişlər. Tədbirin sonunda zabit­lər və kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər. Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının  Komandanı gene­ral-polkovnik Elçin Quliyev məzunlarla xatirə şəkilləri çəkdir­miş­dir.

Mərasimdən sonra gənc zabitlər Dahi Öndər Heydər Əli­yevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər.

                                                            Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw