+
-
30.05.2015
30.05.2015 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

27 may 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Mərdəkan qəsə­bə­sində yerləşən Xüsusi Məktəbində məzunların ilk buraxılışına həsr olun­muş tədbir keçirilmişdir.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi-Sər­həd Qoşunlarının Ko­man­danı general-polkovnik Elçin Quliyev, Heydər Əliyev Fondunun və Hey­dər Əliyev Mərkəzinin nümayəndələri, generallar iştirak etmişlər.

Dövlət himnimiz səsləndikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi-Sər­­həd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev çıxış edə­­rək məzunları təb­rik etmiş, tövsiyə və tapşırıqlarını vermişdir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf stra­tegiyasının Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərə­findən uğur­la yerinə yetirilməsindən, Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən ali diqqət və qayğıdan da­nı­­şan  general-polkovnik Elçin Quliyev Heydər Əli­yev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın məktəbin yara­dıl­masındakı əmə­yi­ni xüsusi qeyd etmişdir.

Tədbirdə qeyd olunmuşdur ki, şagirdlərin savadlı, fiziki və mənəvi cə­­hət­dən  sağlam, vətənpərvər insanlar kimi tərbiyə olunması üçün mək­təb­də bütün şə­rai­t yaradılmışdır. Hər il məktəbdə oxumaq istəyənlərin sa­yı­nın qəbul pla­nın­da nəzərdə tutulduğundan dəfələrlə çox olması qısa müd­dətdə məktəbin res­pub­lika­mız­da böyük nüfuz qazanmasının gös­tə­ricisi olduğu vurğulanmışdır.

Məzunların Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul im­ta­han­­la­rını uğurla verəcəkləri, Akademiyada sərhədçi peşəsinin sirlərinə də­rin­­dən yiyələnərək yüksək ixtisaslı zabitlər kimi ölkəmizin sərhəd mü­ha­fi­zə­sin­də şərəflə xidmət edəcəkləri bil­diril­miş­dir.

Xüsusi məktəbin rəisi E.Quliyev və məktəbin məzunu S.Musayev tədbirdə çıxış edərək şagirdlərin yüksək səviyyədə təhsil al­maları üçün ya­ra­­dılmış şəraitə görə min­nət­dar­lıq­la­rını bildirmişlər, məktəbin mə­zun­la­rı­nın bu etimadı doğruldacaqlarına söz vermişlər.

Təhsildə fərqlənən ilk məzunların bir qrupuna qiymətli hədiyyələr təq­­dim olunmuşdur.

Məzunlar Xüsusi Məktəbin bayrağını öpərək məktəblə vi­da­laş­mış­lar.

f tw