+
-
18.05.2015
18.05.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Döv­­­lət Sərhəd Xidmətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətilə birgə təşkil etdiyi Ba­kı­ şəhəri üzrə məktəblərin təhsildə fərqlənən yuxarı sinif şagirdləri may ayının 16-da Döv­­­lət Sərhəd Xid­məti­nin Akademiyasında ekskursiyada olmuşlar.

Tədbirin məqsədi yüksək bilik və bacarıqları, mənəvi keyfiyyətləri ilə se­çilən, təhsildə fərq­lənən yuxarı sinif şagirdlərini hərbi təhsil ocaqlarında ya­radılan şəraitlə əyani ta­nış etmək, onlarda hərbi təhsilə maraq oyat­maq­dan ibarət olmuşdur.

Akademiyanın rəisi general-mayor Araz Məmmədov şagirdlərlə görüş za­manı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd si­ya­sə­ti­nin Azərbaycan Res­pub­likasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı cənab İlham Əliyev tərə­findən uğurla həyata keçirilməsi sayə­sin­də əldə olunmuş yüksək nailiyyətlər, aka­de­miyanın yaranması və in­ki­şa­fı, yüksək ixtisaslı sərhədçi zabitlərin, hərbi elmi iş­çi­lə­rin hazırlanması sa­həsində qazanılmış müsbət nəticələr barədə ətraflı məlumat ver­miş­dir.

Akademiyada yaradılmış məişət şəraiti və təlim-tədris prosesi ilə ya­xın­­dan tanış olduqdan sonra şagirdlər çay süfrəsi arxasında kursantlarla söh­bət etmişlər.

Sonda Sərhəd Qoşunlarının xidməti-döyüş fəaliyyətindən bəhs edən fil­m­ nümayiş olunmuşdur.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw