+
-
14.04.2015
14.04.2015 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti ilə Dini Qurumlarla İş üzrə  Dövlət  Komi­təsi­nin­­ birgə tədbirlər planına uyğun olaraq aprelin 13-də Dövlət Sərhəd Xid­mə­­tinin Aparatında “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mü­ba­rizə” mövzusunda seminar keçirilib.

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələk­bə­­rov, Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsi sədrinin müavini Gündüz İs­ma­yılov seminarda çıxış edərək bəzi qüvvələrin radikal dini cərəyanların öl­kəmizdə təbliğinə, dövlətimizin dünyəvi xarakterini dəyişmək və sa­bit­li­yi­ pozmaq üçün dini ayrı-seçkilik yaratmaqla insanları müxtəlif təriqətlərə par­çalamağa, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrup­ların və onların silahlı dəstələrin tərkibində iştirakına cəlb etməklə cinayət tərkibli əməllər törətməyə cəhd göstərdiklərini vurğulamışlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata ke­çirdiyi uğurlu milli siyasət nəticəsində ölkəmizin tolerantlıq və mul­ti­kul­tu­ralizm nümunəsinə çevrilməsi, müxtəlif dini inaclara məxsus insanların meh­riban və qarşılıqlı hörmət şəraitində yaşaması barədə ətraflı da­nışıl­mış­dır.

Seminarda dini amillərdən yaralanmağa cəhd göstərən radikal qüv­və­lə­rə qarşı dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə mə­lu­mat verilmiş, bu kimi ünsürlərlə mübarizədə hamının sayıqlıq gös­tər­mə­si­nin zəruriliyi qeyd olunmuşdur.

Sonda dinləyicilərin sualları cavablandırılmışdır.

f tw