+
-
19.03.2015
19.03.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

Bir sıra xəbər saytlarında “ölkə.az” saytına istinadla Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Olimpiya Mərkəzində 18.03.2015-ci il tarixində futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda yer alan Azərbaycan və Belçika komandaları arasinda görüş başa çatdıqdan sonra futbolçularla qələbə sevincini bölüşən azərkeşlərin söykəndiyi dəmir məhəccərin qopması nəticəsində 25-30 nəfər azərkeşin yüngül xəsarət alması barədə həqiqətə uyğun olmayan xəbər yayılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bildirir ki, məhəccərin qopması nəticəsində yüngül xəsarət almış bir nəfərə yerindəcə tibbi yardım göstərilmiş və qopmuş dəmir məhəccər bərpa edilmişdir.

 

                   Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw