+
-
08.05.2012
08.05.2012 - DÖVLƏT SƏRHƏD XİDMƏTİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI

Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin aprel ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiya­ya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir. 

Ay ərzində dövlət sərhədini pozduqları üçün 27 halda 33 nəfər saxlanılmış, onlardan 23 nəfəri Azərbaycan Respublikası, 3 nəfəri Gürcüstan Respublikası, 3 nəfəri Özbəkistan, 2 nəfəri Banqladeş, 1 nəfəri Moldova, 1 nəfəri Böyük Britaniya vətəndaşı olmuşdur. Sərhəd recim qaydalarını pozarkən 17 halda 32 nəfər, Xəzər dənizində sahilboyu recim qaydalarını pozarkən 43 halda 80 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycan Res­publikası hüquq-mühafizə orqanları tərəfindən axta­rışda olan 148 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 5 halda 1 kiloqram 472 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmış­dır.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən ölkəmizə məxsus 2 gəmiyə və 69 qayığa baxış keçirilmiş, dəniz­dən 43 min metr tor, 8750 ədəd qarmaq,5 ədəd qayıq, 3 ədəd mühərrik, 7 ədəd tor lövhəsi, 1 ədəd penoplast aşkar olunaraq gö­tü­rülmüşdür.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçirilmiş tədbirlər nəticəsində 71 halda ümumi dəyəri təq­ribən 463 min 648 manat olan qaçaqmal, o cümlədən 7,62 mm-lik 960 ədəd patron, 3 ədəd süngü bıçağı, 1 ədəd gecəgörmə cihazı, 35 ədəd pnevmatik tapança, 2 ədəd pnevmatik tüfəng, 3 ədəd elektroşok, 1 ədəd xəncər, 2 ədəd beşbarmaq, 14 ədəd mobil telefon, 1590 qutu siqaret, 132 ədəd zinət əşyası, müxtəlif növ spirtli içki və siqaretlər, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.

 Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqa­mətində tədbirlər davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw