+
-
14.11.2014
14.11.2014 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

2014-cü ilin noyabr ayının 14-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Jandarma Qüvvələ­ri­nin Komandanı ordu generalı Abdullah Atayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

DSX aparatında Türkiyə nümayəndə heyətinin qarşılanması münasibətilə fəxri qarovul düzülmüş və qonaqların gəlişi hərbi orkestrin müşayiəti ilə təşkil olunmuşdur. General-polkovnik Elçin Quliyev ordu generalı Abdullah Atayı və nümayəndə heyətinin üzvlərini səmimi salamlayaraq Dövlət Sərhəd Xidmətinin nümayəndə heyətinin üzvlərini cənab ordu generalı Abdullah Ataya təqdim etmişdir.

Görüşün əvvəlində general-polkovnik Elçin Quliyev dövlətlərarası qarşılıqlı münasibətlərin dinamik inkişafı və möhkəmləndirilməsi məsələlərinə zamanında Dahi Öndər Heydər Əliyevin, hazırda isə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi önəm vermə­si­ni vurğulayaraq Azərbaycan Silahlı Qüvvələrinin, sərhəd mühafizəsinin inkişafı üçün Türkiyənin Silahlı Qüvvələri, o cümlədən Jandarm Komandanlığı ilə qarşılıq­lı münasibətlərin xüsusi əhəmiyyət kəsb etməsini qeyd etmişdir.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticə­sin­də Azərbaycan Respublikası ərazisinin 20 faizinin, eləcə də Azərbaycan – İran dövlət sərhədinin 132 kilometrinin işğal altında olması, bu ərazilərdən qaçaq­mal­çı­lıq və digər qeyri-qanuni məqsədlərlə istifadə edilməsi, Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, DSX-nin təyinatı və tapşırıqları, həyata keçirilən isla­hat­­lar və əldə olunmuş nailiyyətlər barədə qonağa məlumat verilmiş, qarşılıqlı əmək­daşlığın vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Müzakirələr zamanı ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilmiş və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi qeyd olunmuşdur.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw