+
-
16.10.2014
16.10.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

2014-cü ilin 13 oktyabr tarixində Azərbaycan Respub­li­ka­sı Dövlət Sərhəd Xidmətinin dəvəti ilə Türkiyə Respublikası Sahil Güvənlik Komandanı vitse-admiral Hakan Üstemin rəh­bər­­lik etdiyi nümayəndə heyəti Bakı şəhərinə səfər etmiş­dir.

15 oktyabr 2014-cü il tarixdə DSX aparatında Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçiril­miş­dir. Görüşdə dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində əldə olunmuş nailiyyətlər, Azər­baycan Respub­li­ka­sı Dövlət Sərhəd Xidmətinin Sahil Müha­fizəsi ilə Türkiyə Sahil Güvənliyi arasında ikitərəfli müna­sibət­lə­rin vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi apa­rılmış, sərhəd təhlü­kə­­sizliyi sahəsində qarşı­lıq­lı fay­da­lı əm­ək­­­­daş­­lığın davam etdi­ril­mə­sinin vacibliyi qeyd edilmişdir.

Oktyabr ayının 17-dək davam edəcək səfər çərçivəsində TR nümayəndə heyətinin DSX Sahil Mühafizəsinin sahil bazası, sərhəd gözətçi gəmiləri, digər qüvvə və vasitələri ilə tanış olma­sı nəzərdə tutulmuşdur.

Səfər müddətində nümayəndə heyəti Bakı­ şəhərinin mədə­ni-tarixi yerləri ilə tanış edilmişdir.

 

                        Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw