+
-
01.10.2014
01.10.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2014-cü ilin sentyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilmiş və dövlət sərhədini pozmuş 50 nəfər saxlanılmışdır.

 Sərhəd pozucularının 24 nəfəri  Azərbaycan Respublikası, 9 nəfəri Əfqanıstan, 8 nəfəri Özbəkistan, 3 nəfəri Moldova, 2 nəfəri İran İslam Respublikası,  2 nəfəri Ukrayna, 1 nəfəri Gürcüstan, 1 nəfəri İspaniya vətəndaşı olmuşdur.

Sərhədboyu rejim qaydalarını pozduqlarına görə 11 halda 14 nəfər, Xəzər dənizində isə 9 halda 11 nəfər  inzibati məsuliyyətə cəlb olunmuşdur.

Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən axtarışda olan 231 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 12 halda ümumilikdə  12 kiloqram 615,8 qram narkotik maddənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınmışdır. O cümlədən:

- 03.09.2014-cü il tarixdə Cəlilabad rayonu ərazisində “Ələt-Astara” magistral yolunun 136-cı kilometrliyində gizlədilmiş halda 1 kq marixuana aşkar olun­muşdur;

- 12.09.2014-cü il tarixdə əməliyyat məlumatı əsasında Biləsuvar rayonu ərazisində avtomobil yolunun kənarında axtarış apararaq xüsusi gizlədilmiş bir ədəd bağlamanı götürmüş Bakı şəhər sakini 1974-cü il təvəllüdlü İsmayılov Mahir Arif oğlu, Sumqayıt şəhər sakini 1971-ci il təvəllüdlü Hüseynov İlham Sahib oğlu saxlanılmışlar. Bağlamada 3 kq tiryək, 300 qram kakos, 70 qram “Metadon” suyu, 9 “Metadon” həbi aşkar olunmuşdur;

- 20.09.2014-cü il tarixdə Füzuli rayonunun Böyük Bəhmənli kəndinin yaxınlı­ğın­dakı sərhəd zastavasının xidməti ərazisində 190 qram heroini qaçaqmal qis­min­də dövlət sərhədindən qanunsuz olaraq keçirmiş 1 nəfər İİR vətəndaşı  Rövşən Çeşm Bəhmən Mirəli saxlanılmışdır;

- 22.09.2014-cü il tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2,3 kq tiryək, 200 qram heroini qaçaqmal qismində qanunsuz olaraq Azərbaycan Respublikası ərazisinə keçirmiş 1 nəfər İİR vətəndaşı Həmami Məhəmməd Güləhməd saxlanılmışdır;

- 23.09.2014-cü il tarixdə Biləsuvar rayonunda Biləsuvar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 kq tiryək, 2 kq həşiş, 200 qram mari­xu­ana və 120 qram heroini qaçaqmal qismində qanunsuz olaraq ölkə ərazisinə keçir­miş 1 nəfər AR vətəndaşı Culfa rayon sakini Həsənov Mehman Mehbalı oğlu saxlanılmışdır.  

Bütün cinayət faktları üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dövlət sərhədindən buraxılış məntəqələrində gömrük əməkdaşları ilə birlikdə dövlət sərhədindən keçən şəxslər üzərində keçirilən baxışlar zamanı 7 halda narkotik vasitə aşkar olunmuşdur.Belə ki, ay ərzində:

- “Biləsuvar” SNM-də 4 halda 395 qram tiryəkin , “Astara” SNM-də 1 halda 95 konbalut “Metadon” həbinin qanunsuz olaraq dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır;

- “Samur” SNM-də ölkəyə daxil olan nəqliyyat vasitələrində 2 halda cəmi 800 qram marixuana aşkar olunmuşdur.

Sentyabr ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində 39 halda ümumi dəyəri 231 min manat olan qaçaqmal, o cümlədən 888 ədəd  RF istehsalı olan səsyazma cihazı, 172 ədəd yanğın təhlükəsizlik cihazı, 1 ədəd planşet, 1708 ədəd ətir, 5 ədəd mobil telefon, 382 şüşə müxtəlif markalı içkilər, 1000 ədəd spirtli içkilər üçün aksiz marka, 237 ədəd qapaq, 5113 ədəd müxtəlif markalı siqaret, 200 kq bal, 8299 ədəd pirotexniki vasitə, 2 ədəd qayıq, müxtə­­lif dərman preparatları və sənaye malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw