+
-
19.09.2014
19.09.2014 - Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatı

Sentyabr ayının 18-də Şəki sərhəd dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayon sa­kin­­ləri­ni qəbul etmişdir.

Müraciətlər əsasən Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətə qəbul, sərhədyanı yaşayış məntəqələrində sosial-məişət problemlərinin həl­­li, mənzil şəraitinin yaxşılaşdırılması və s. məsələlərlə bağlı olmuş­dur­.

Qəbul zamanı vətəndaşların müraciətlərinin, şikayət və təkliflərinin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin gö­rül­məsi barədə DSX-nin aidiyyəti struktur rəhbərlərinə konkret tapşırıq­lar verilmişdir. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapmış, digər mə­sə­­lələrin isə araşdırılması nəzarətə götürülmüşdür.

Dövlət Sərhəd Xidmətinin fəaliyyət dairəsinə aid olmayan müra­ciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəh­bərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların  qəbulunun təşkilindən razılıqlarını və yaradılan şəraitə görə Azərbaycan Respublika­sının Pre­zidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

                                                Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw