+
-
12.08.2014
12.08.2014 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illik yubileyi ərəfəsində Dövlət Sərhəd Xidmətində silsilə tədbir davam etdirilir.

09 avqust 2014-cü il tarixdə Şəmkir sərhəd dəstəsində sərhədyanı rayonların Təhsil, Mədəniyyət və Turizm Şöbələrinin, Gənclər və İdman İdarələrinin rəhbərləri, eləcə də sərhədyanı kənd icra strukturları, bələdiyyə və yerli sakinlərin iştirakı ilə “Sərhədlərimizin mühafizəsində yerli əhalinin iştira­kı”na həsr olunmuş görüş keçirilmişdir. Tədbirdə sərhəd mühafizəsinin yaranma tarixi və inkişafı, Dövlət Sərhəd Xidmətində aparı­lan quruculuq işləri barədə tədbir iştirakçılarına geniş məlumat verilmiş, yerli sakinlərin dövlət sərhədinin mühafizəsində iştirakının əhəmiyyəti xüsusi qeyd olunmuşdur.

Şəmkir rayon icra hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev, Samux rayon icra hakimiyyəti başçısının müavini Şakir Məmmədov, Şəmkir rayonu Dəllər – Cəyir kəndi üzrə icra nümayəndəsi Tünzalə Hüseynova yerli əhalinin sərhədin mühafizəsində rolu, sərhədçilərlə yerli sakinlərin köməyinin vacibliyi barədə çıxış etmiş, Azərbaycan Sərhəd Mühafizəsinin yaran­masının 95 illik yubileyi ilə əlaqədar bütün sərhədçiləri təbrik etmişlər.

Bundan sonra dövlət sərhədinin mühafizəsində yaxından iştirak etmiş bir qrup yerli sakin fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

Tədbirin sonunda sərhədçi qəhrəmanlara həsr edilmiş sənədli film nümayiş etdirilmişdir.

 

 Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw