+
-
12.08.2014
12.08.2014 - Dövlət Sərhəd Xidməti Mətbuat mərkəzinin məlumatı

Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

11.08.2014-сü il tarixdə Dövlət Sərhəd Xidmətinin Akademiyasında Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümünə həsr edilmiş «Heydər Əliyev milli sərhəd strategiyamızın banisidir” mövzusunda konfrans keçi­ril­­mişdir.

Ulu Öndərin möhtəşəm abidəsi önünə əklil qoyulması ilə başlanan tədbirin iştirakçıları Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin inkişafı üçün qəbul etdikləri qərarlardan, Ali Baş Komandanın Dövlət Sərhəd Xidməti­nin hərbi hissə və bölmələrinə səfərlərindən bəhs edən fotosərgiyə tamaşa etmişlər.

Konfransda Dahi Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə müstəsna yeri, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında və xalqımızın müstəqillik arzusuna çatma­sın­da, ölkəmizin bu gün dünyanın ən dinamik inkişaf edən ölkələrin­dən birinə çevrilməsində xidmətləri haqqında iştirakçılara geniş məlumat verilmişdir. Ulu Öndər Heydər Əliyevin imzaladığı fərman və sərəncam­lar­la, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti ilə keçirdiyi görüşlərdə, söylədiyi dərin məzmunlu nitqlərlə milli sərhəd siyasətimizi formalaşdır­ma­sı, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etməsi xüsusi qeyd olunmuşdur.

Konfransda millət vəkili Aydın Mirzəzadənin “Heydər Əliyev və ordu quruculuğu ”, Dövlət Sərhəd Xidmə­tinin Şəxsi Heyət üzrə Baş İdarə rəisinin müavini polkovnik İ.Musayevin “Heydər Əliyev milli sərhəd strategiyamızın banisidir” mövzularında məruzələri dinlənilmişdir.

Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film konfrans iştirakçılarına nümayiş olunmuşdur

 

         Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw