+
-
12.08.2014
12.08.2014 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

10 avqust 2014-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin qarnizonunda gənc əsgərlərin hərbi anda gətirilməsi münasibəti ilə təntənəli tədbir keçirilmişdir.

Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət üzrə Baş İdarənin rəisi general-mayor Azad Ələkbərov təntənəli tədbiri giriş sözü ilə açaraq şəxsi heyəti və tədbir iştirakçılarını təbrik etmiş, Azərbaycan sərhədçilərinin Dahi Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq olmaları ilə fəxr etmələrini, Azərbaycan Respub­li­kasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında şərəflə xidmət etməkdən qürurlu olmalarını qeyd etmişdir. Gənc əsgərlərin valideynləri çıxış edərək öz övladlarını təbrik etmiş, onların sərhədçi təlimində əməyi olan zabitlərə təşəkkürlərini bildirmişlər.     

Tədbir gənc əsgərlərin sıra meydanında Hərbi andı – Vətənə sədaqət andını qəbul etmələri ilə başa çatmışdır.

 

  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi     

 

f tw