+
-
09.08.2014
09.08.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2014-cü il avqust ayının 8-də Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi yubileyi ərəfəsində Xudat sərhəd dəstəsinin yeni inşa olunmuş “Xanoba” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilmişdir.

Sərhəd zastavası kompleksində şəxsi heyət üçün yüksək səviyyəli xidməti-döyüş şəraiti yaradılmışdır. Kompleksə əsgərlər üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət, təlim və digər təyinatlı otaqlar, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, zabit və gizirlər üçün mebel avadanlıqları ilə təmin edilmiş yaşayış evləri, idman meydançaları, avtomobillərin texniki sazlığının yoxlanılması və təmir edilməsi üçün qarajlar və digər tikililər daxildir.

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev, Xaçmaz rayon İcra Hakimiyyətinin başçı­sı Şəmsəddin Xanbabayev çıxış etmiş, şəxsi heyətə təbriklərini çatdırmış­lar. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliye­vin Ali Baş Komandanlığı altında milli sərhəd mühafizəsi strate­gi­ya­sı­nın uğurla realizə edilməsi, Azərbaycan Sərhəd Mühafizəsinə olan diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi texniki bazasının xeyli möhkəmlənməsi və Azərbaycan sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması qeyd olunmuşdur.

Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş hərbi qulluq­çu­la­ra medallar və qiymətli hədiyyələr təqdim olunmuş, dövlət sər­həd­­lə­rinin  mühafizəsində sərhədçilərə köməklik göstərmiş yerli sakinlər fəxri fərmanlarla təltif edilmişlər.

Şəxsi heyət üçün hazırlanmış bayram süfrəsi ətrafında konsert proqramı ilə tədbir başa çatdırılmışdır.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw