+
-
31.07.2014
31.07.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhədboyu zonalarda keçirilən rejim tədbirləri çərçivəsində 24.07.2014-cü il tarixdə Şəki rayonu Öryət kəndi ərazisində hündürlüyü 1,20-1,70 metr olan 2120 ədəd ümumi çəkisi 1350 kq yabanı halda bitmiş narkotik xassəli çətənə kolları aşkar olunaraq müvafiq qaydada məhv edilmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw