+
-
16.07.2014
16.07.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhədboyu zonalarda həyata keçirilən rejim tədbirləri çərçivəsində: 

- 25  iyun  2014-cü il  tarixdə  Zaqatala rayonunun Muğanlı kəndinin “Qaraçay” çayı yaxınlığında ümumi çəkisi 5 ton 950 kiloqram  olan 3966 ədəd;

- 11 iyul 2014-cü il tarixdə  Zaqatala rayonunun Ağdamkələl  kəndi istiqamətində Dindi dağı yaxınlığında ümumi çəkisi  10 ton 680 kiloqram olan 8900 ədəd narkotik xassəli çətənə kolları aşkar olunmuşdur.

 Zaqatala rayonunun icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyi­nin­, DİN Zaqatala Rayon Polis Şöbəsinin və  DSX əməkdaşlarının iştirakı ilə narkotik xassəli  çətənə kolları yandırma üsulu ilə məhv edilmişdir. 

 

                                     Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

 

f tw