+
-
17.05.2014
17.05.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafı məsələlərinə xüsusi dəstəyi, diqqət və qayğısı sayəsində idmançılarımız beynəlxalq tur-nir­lərdə möhtəşəm nəticələr göstərməkdə davam edirlər.

Son müddət ərzində Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” idman-olimpiya mərkəzinin idmançıları tərəfindən bir sıra ciddi nailiyyətlər əldə olunmuş, ölkəmizin idman qələbələrinə sərhədçi töhfəsi əlavə olunmuşdur.

Cari ilin 3-15 may tarixlərində Yunanıstanın Santorini adasında kikboks idman növü üzrə keçirilmiş dünya çempionatında  “Sərhədçi” idman olimpiya mərkəzinin idmançıları layiqincə çıxış edərək 3 qızıl, 2 gümüş medal qazanmışlar. Mərkəzin zabit-məşqçisi baş leytenant Fuad Zeynalov kikboksun lowkick versiyası üzrə, kikboksun light-kontakt versiyası üzrə DSX-nin “Sərhədçi” idman klubunun üzvləri – Qəşəm Məmmədov 30 kq və Elşad Şahbazov 45 kq çəki dərəcələri üzrə birinci yeri tutmuşlar. Həmin versiya üzrə turnirdə “Sərhədçi” idman klubunun digər üzvləri – Elmir Cəfərov 30 kq və Elcan Alıkişiyev 45 kq çəki dərəcələrində ikinci olmuşlar.

May ayının 9-11 tarixlərində Dahi Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” bey­nəlxalq yarışında DSX-nin müddətli həqiqi hərbi xidmət hərbi qulluq­çu­su əsgər Orxan Səfərov 60 kq çəki dərəcəsində möhtəşəm qələbə qazanmışdır. 41 ölkənin 350 idmançısının iştirak etdiyi turnirdə idman­çı­mız bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnmişdir.

May ayının 16-da beynəlxalq yarışlarda dövlət bayrağımızı ucaltmağa, dövlət himnimizi səsləndirməyə nail olmuş idmançılarımızın “Sərhədçi” idman-olimpiya mərkəzində təltifləndirilməsi mərasimi təşkil olunmuş, Dövlət Sərhəd Xidmətinin rəisi–Sərhəd Qoşunlarının Koman­da­nı general-leytenant Elçin Quliyevin əmrinə uyğun olaraq onlara qiymətli hədiyyələr təqdim olunmuşdur.

 

                                                       Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw