+
-
14.11.2022
14.11.2022, 17:25 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Türkiyə tərəfinə başsağlığı verib

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Türkiyə Respublikasının Milli Müdafiə Naziri cənab Hulusi Akara, Silahlı Qüvvələrin Baş Qərargah rəisi cənab ordu generalı Yaşar Gülerə, Quru Qoşunlarının Komandanı cənab ordu generalı Musa Avseverə, Jandarma Baş Komandanı cənab ordu generalı Arif Çetinə başsağlığı ünvanlayıb.
Başsağlığında deyilir:

Əziz Qardaşım!

13 noyabr 2022-ci il tarixində İstanbul şəhərində törədilmiş xain terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbərini böyük kədər və sarsıntı hissi ilə qarşıladıq.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Dövlət Sərhəd Xidmətinin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirəm.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw