+
-
08.11.2022
07.11.2022, 18:00 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində qazanılmış tarixi Zəfər münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində 7 noyabr tarixində “Sərhədçi” İdman Mərkəzində Dövlət Sərhəd Xidmətinin struktur qurumları arasında basketbol üzrə yarışların final oyunları keçirilmişdir.

Tədbirin açılışında Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Qələbənin ikinci ildönümünün ölkəmizin hər bir guşəsində böyük təntənə ilə qeyd olunduğu bildirilərək, müqəddəs savaşda şücaətlə döyüşmüş, qəhrəmanlıq nümunələri göstərmiş sərhədçilərin bu şanlı “Zəfər Günü”nü yüksək coşqu ilə qarşıladıqları vurğulanmışdır.

Azrəbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın idmana göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində milli inkişaf strategiyasının uğurla həyata keçirilməsi sayəsində ictimai həyatın bütün sahələrində olduğu kimi idman sahəsində də böyük zirvələrin fəth edilməsi qeyd olunmuşdur.

Tədbirdə çıxış edənlər final mərhələsinə çıxmış bütün iştirakçılara qələbə əzmi və uğurlar arzulamışlar.

Sərhədçi İdman Mərkəzinin “Çerlidinq və bədii gimnastika” bölmələrinin idmançılarının nümunəvi çıxışlarından sonra komandalar arasında basketbol oyununun final mərhələsinə start verilmişdir.

Basketbol üzrə finala yüksəlmiş 7 komanda arasında maraqlı və həyəcanlı mübarizəsinin qalibi Çevik Hərəkət Qüvvələri Komandanlığının “Çevikçilər”, II yerin sahibi DSX Akademiyanın “Cəsurlar” komandası olmuş, III yeri Xüsusi Hava Əməliyyatları Komandanlığının “Şahinlər” komandası tutmuşdur.

Tədbirin sonunda mükafatlandırılma mərasimi keçirilmiş, həmçinin ən yaxşı oyunçu nominasiyasında qalib təltifləndirilmiş, komandalar ilə xatirə fotoşəkilləri çəkdirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw