+
-
01.10.2022
01.10.2022, 11:50 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin Məlumatı

Oktyabr ayının 1-də Dövlət Sərhəd Xidmətinin Akadеmiyasında gənc kursantların andiçmə mərasimi kеçirilmişdir.

Dövlət himnin səsləndirilməsindən sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Gənc kursantlar təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki şəxsi heyətə çatdırılmışdır. 

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti Akadеmiyasının rəisi general-mayor Aqil Babayev mərasimin ölkəmizin şanlı qalibiyyətinin, ərazi bütövlüyümüzün bərpa edildiyi 44 günlük Vətən müharibəsinin 2-ci ildönümü dövrünə təsadüf etməsi ilə əlamətdar olmasını vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbə qazandığı, torpaqlarımızın işğaldan azad edildiyi, üçrəngli zəfər bayrağımızın sərhədlərimiz boyunca dalğalandırıldığı, Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, sərhədçilərin qəhrəmanlıq və igidlik nümunələri göstərdikləri tədbir iştirakçılarına xüsusi olaraq bildirilmişdir.

Vətən müharibəsində iştirak etmiş Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti arasında Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olmuş 4 zabitin “Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldüyü vurğulanmış, bizlərə qələbə sevincini yaşatmış şəhidlərimizin fədakarlığının yaddaşlardan heç bir zaman silinməyəcəyi, onların qəhrəmanlıq mirasının gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daima uca tutulacağı qeyd olunmuşdur.

Çıxışda Azərbaycan Rеspublikasının Prеzidеnti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyеvin sərəncamı ilə 2007-ci ildə yaradılmış Dövlət Sərhəd Xidmətinin Akadеmiyasında ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, savadlı, peşəkar zabit kadrlarının yetişdirilməsini təmin edən, müasir standartlara cavab verən şəraitin, güclü еlmi-tədris bazasının və yüksək ixtisaslı hərbi-pеdaqoji hеyətin olduğu qeyd edilərək, Vətənə, dövlətə sədaqət andı içən gənc kursantların sərhədçi adını şərəflə daşıyacaqlarına, təhsildə və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik bildirilmişdir.

Gənc kursantlar adından çıxış edən Vüsal İsmayılov Vətənə şərəflə xidmət edəcəklərinə, üçrəngli müzəffər bayrağımızın dalğalandığı bütöv Azərbaycanın hüdudlarında dövləti maraqları ən yüksək səviyyədə qoruyacaqlarına söz vermişdir.

Tədbir başa çatdıqdan sonra kursantlar ilə xatirə fotoşəkli çəkdirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw