+
-
03.04.2012
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən 2012-ci ilin fevral-mart ayları ərzində dövlət sərhədinin etibarlı mühafizəsinə yönəlmiş məqsədyönlü tədbirlər ön plana çəkilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiya­ya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Qeyd olunan müddətdə Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində  dövlət sərhədindən cəmi 32 kq 821,5 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınmışdır. O cümlədən, fevral ayının 29-da Astara rayonunda Orucməhlə adlı yerin yaxınlı­ğın­dakı sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədindən 7 kq həşişi keçirməyə cəhd göstərərkən 2 nəfər İran İslam Respublikası  vətəndaşı – 1963-cü il təvəllüdlü Sasaniyan Məhəmməd Dəhəng və 1970-ci il təvəllüdlü Şəfabaxış Firudin Cəlil, fevral ayının 29-da Cəlilabad rayonunun Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azər­bay­can istiqamətinə dövlət sərhədini pozaraq keçməyə cəhd göstərən 3 nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı– 1988-ci il təvəllüdlü Əlizeyi Həbib Əb­dülqa­dir, 1988-ci il təvəllüdlü Əlizeyi Bəşir Seyid və 1990-cı il tə­vəl­lüd­lü Məhəmmədi Əhməd Məhəmməd saxlanılaraq, onların üzərindən 400 qram heroin 50 qram narkotik maddə aşkarlanaraq götürülmüşdür. Mart ayının 2-də Biləsuvar rayonunun Şəhriyar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Res­pub­likası istiqamətindən dövlət sərhədini pozmağa cəhd edən 1 nəfər İran və­tən­daşı– 1976-cı il təvəllüdlü Mazidi Baxşəli Səxavət oğlu 9 kiloqram həşişi, 1 kiloqram tiryəki,  800 qram heroini Azərbaycana keçirərkən  saxlanılmışdır.       

Qeyd olunan faktlar üzrə Dövlət Sərhəd Xidməti tərəfindən müvafiq istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

Bununla yanaşı, “Biləsuvar” sərhəd nəzarəti məntəqəsindən keçən şəxslər gömrük orqan­ları ilə birgə yoxlanıldığı zaman, martayının 5- Şərur rayon sakini 1953-cü il təvəllüdlü Əlizadə Elman İsmayıl oğlu idarə etdiyi «Kamaz» markalı AZ 85-BT-475 dövlət qeydiyyat nömrəli avtomaşınla Azərbaycana keçərkən akumlyatorun bağlanmış qapağının altında gizlədilmiş  8 kiloqramtiryəkmartayının 12- İİR vətəndaşı 1965-ci il təvəllüdlü Əmiri Anbaran Şahrux Hacımirzənin idarə etdiyi «Skania» markalı İR-26630 dövlət qeydiyyat nömrəli avtobusun arxa otura­cağının altından 225 qramheroinmartayının 21- Beyləqan rayon sakini 1971-ci il təvəllüdlü Həmidov Sahib Rəhman oğlunun üzərindən 53 qramheroin aşkarlanaraq barələrində müvafiq tədbirlər görülmüşdür. Habelə «Xanoba» sərhəd nəzarəti məntəqəsində mart ayının 13-də RF vətəndaşı 1988-ci il təvəllüdlü Maqamedov Axmed Murtuzalıyeviçin idarə etdiyi «VAZ-217030» markalı M-468 TM 05\rus dövlət qeydiyyat nömrəli avtomaşının yanacaq çəninin içəri­sin­dən 10 milyon 250  min rubl RF valyutası, mart ayının 15-də Quba rayon sakini 1969-cu il təvəllüdlü Bayra­mov Malik Cahangir oğlunun idarə etdiyi «Mersedes-Benz» markalı AZ 40-BX-661 dövlət qeydiyyat nömrəli avtomaşının arxa sol və sağ qanadlarının altında gizlədilmiş 1 milyon 120 min dollar ABŞ valyutası, mart ayının 28-də RF vətəndaşı 1988-ci il təvəllüdlü Axmedov Axmed Maqomedoviçin idarə etdiyi «Vaz-2170 Priora» markalı M 315 ET 05/rus dövlət qeydiyyat nömrəli avtomaşının yanacaq çəninin içərisində gizlədilmiş 1 milyon 320 min 900 rubl RF valyutasıaşkar olunaraq aidiyyəti üzrə barələrində müvafiq tədbirlər görülmüşdür.

Dövlət sərhədini pozduqları üçün 65 halda 98 nəfər sərhəd pozucusu qismində saxlanılmış, o cümlədən sərhəd nə­zarəti məntəqələ­rində 79 nə­fərin saxtalaşdırılmış sə­nədlə dövlət sərhədini keçmək cəhdinin qarşısı alın­mışdır.

Qeyri-leqal miqrasiyaya qarşı mübarizə istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində cari ilin fevral ayının 16-da dövlət sərhədini qrup şəklində saxta sənədlə keçərək daimi yaşayış məqsədi ilə Avropaya getmə  cəhdinin qarşısı alınmışdır.  «Tehran-Bakı» aviarey­si ilə ölkəmizə gəlmiş 7 nəfər İran İslam Respublikası vətəndaşı -1971-ci il təvəllüdlü Müsir Fərid, 1977-ci il təvəllüdlü Deraxşan Leyla, 1998-ci il təvəllüdlü Müsir Məryəm, 2007-ci il təvəllüdlü Müsir Məleykə, 1980-cı il təvəllüdlü Musəvi Seyid Məhəmmədrza, 1981-ci il təvəllüdlü Absamiyan  Əhdi, 1986-cı il təvəllüdlü Kərəmi Ehsan İsveçrə və Danimarkanın saxta vətəndaşlıq pasportlarından istifadə edərək «Bakı-London» aviareysi ilə İngiltərəyə uçmaq istəyərkən saxlanıl­mış və öz ölkələrinə deportasiya olunmuşlar.

Azər­baycan Res­publikası hüquq-mühafizə orqanları tərəfin­dən axta­rışda olan 274 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçirilmiş tədbirlər nəticəsində 111 halda ümumi dəyəri təq­ribən 1 milyon 420 min 736 manat dəyərində olan qaçaqmal, o cümlədən 1 milyon 120 min dollar ABŞ valyutası, 11 milyon 570 min rubl RF valyutası, 10 min rial İİR valyutası, həmçinin  3 ədəd avtomat darağı, 83 ədəd müxtəlif ölçülü patron, 4 ədəd tüfəng, 1 ədəd tir tüfəngi, tir tüfəngi üçün 26 ədəd saçma, 4 ədəd pnevmatik tapança, 6 ədəd xəncər tiyəsi, 425 ədəd mobil telefon, 20 ədəd mobil telefonun aksesuarları, 5000 litr dizel yanacağı, 3 ədəd motorlu qayıq, 500 qram barıt,  22 ədəd danışıq kartı, 800 metr balıq toru, 450 ədəd qarmaq, 1 əd­əd qayıq mühərriki, müxtəlif növ spirtli içki və siqaretlər, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.

Sərhəd rejim qaydalarını yaşıl sərhəddə pozarkən 12 halda 24 nəfər və Xəzər dənizində sahilboyu rejim qaydalarını pozarkən 31 halda 76nəfər saxlanılaraq barə­lərində müvafiq tədbirlər gö­rül­müşdür.

 Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqa­mətində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw