+
-
17.09.2022
16.09.2022, 11:20 - Dövlət Sərhəd Xidmətinin Mətbiat Mərkəzinin Məlumatı

Sentyabr ayının 15-də yeni tədris ilinin başlaması ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Aka­dеmi­yasında və Xüsusi məktəbində tədbir kеçirilmişdir.

Dövlət himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaq­larımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhid­ləri­mizin əziz xatirəsinibir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə çıxış edənlər son günlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan ordusunun hərbi birləşmələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısının qətiyyətlə alındığı və düşmənə sarsıdıcı zərbələr endirilərək bir sıra hakim yüksəkliklərin ələ keçirildiyini vurğulamışlar.

Şanlı tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində işğaldan azad edilmiş torpaq­larımızda, dövlət sərhədlərimizdə üçrəngli zəfər bayrağımızın qürurla dalğalandığı qeyd olunmuşdur.

Çıxışda Azərbaycan Rеspublika­sının Prеzidеnti, Silahlı Qüvvə­lərin Ali Baş Koman­danı cənab İlham Əliyеvin sərəncamı ilə 2007-ci ildə yaradılmış Dövlət Sərhəd Xidmətinin Aka­dеmi­yasında ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, savadlı, peşəkar zabit kadrlarının yetişdiril­məsini təmin edən,yüksək standartlara cavab verən şəraitin, güclü еlmi-tədris bazasının və yüksək ixtisaslı hərbi-pеdaqoji hе­yə­tin olduğu qeyd edilərək, gələcəyin sərhədçi zabitlərinin, o cümlədən gənc kursantların sərhədçi adını şərəflə daşıyacaqlarına, təhsildə və xid­mətdə yüksək nəticələrə nail olacaqlarına əminlik bildirilmişdir.

Kursantlar şəhidlərimizin qanı və canı bahasına azad olunmuş torpaqlarımızda şərəflə xidmət edəcəklərinə, onların qəhrəmanlıq mirasını hər zaman əziz tutacaqlarına, üçrəngli müzəffər bayrağımızın dalğalandığı bütöv Azərbaycanın hüdudlarında döv­ləti maraqları ən yüksək səviyyədə qoru­yacaqlarına bir daha söz vermişlər.

 

DövlətSərhədXidmətininMətbuat Mərkəzi

f tw