+
-
14.04.2014
14.04.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Aprel ayının 24-də saat 11:00-da Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən Şəmkir Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən Ağstafa, Qazax, Samux və Şəmkir rayon sakinlərinin qəbulu keçiriləcəkdir.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları aprel ayının 22-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az  adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefon­larla əlaqə saxlanılması və ya Şəmkir rayonunun Dəllər qəsəbə­sində yerləşən Şəmkir Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw