+
-
14.06.2022
14.06.2022, 11:01 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı mərkəzində hərbi hissələr arasında xidməti it təlimatçıları və bələdçilərinin “Sərhədçilərin dostu” adlı 4-cü kinoloji yarışlar keçirilmişdir.

Kinoloji yarışlara Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı mərkəzinin, Sərhəd Qoşunlarının hərbi hissələrinin, Sərhəd Nəzarətinin sərhəd nəzarəti şöbələrinin kinoloq-mütəxəssisləri cəlb olunmuşlar.  

Kinoloji yarışlar üç müxtəlif istiqamətdə - mina axtarışı, narkotik maddələrin axtarışı və iz axtarışı üzrə keçirilmişdir. Yarışların kecirilməsində məqsəd xidməti it təlimatçıları və bələdçilərinin peşəkar hazırlığını inkişaf etdirmək, dövlət sərhədinin mühafizə­sində xidməti itlərlə sərhəd pozucularının axtarışı və yaxalanması, sərhəd nəzarəti məntəqə­lərində narkotik maddələrin axtarışı, həmçinin minatəmizləmə əməliyyatlarında peşəkarlıq səviyyəsinin artırılması, ən yaxşı praktiki vərdişlərə malik kinoloq-mütəxəssisləri və yüksək iş qabiliyyəti olan xidməti itləri müəyyən etmək olmuşdur.

Tədbirdə xüsusi təlim keçmiş xidməti itlərlə nəqliyyat vasitələrində, əl cantalarında narkotik maddələrin axtarışı, sərhəd pozucusunun izlərlə təqib olunaraq yaxalanması, ərazidə tank və piyada əleyhinə minaların aşkar edilməsi  üzrə tapşırıqlar yerinə yetirilmişdir.

Yarışların qaliblərinə kubok, diplom və pul mükafatları təqdim olunmuşdur.  

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra kinoloq-mütəxəssislər tərəfindən xidməti itlərlə nümunəvi çıxışlar nümayış etdirilmişdir.

 

 

DövlətSərhədXidmətininmətbuatmərkəzi

f tw