+
-
02.02.2022
02.02.2022, 14:20 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafi­zəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış fəaliyyətləri davam etdirilir.

Fevral ayının 2-də saat 01:50 radələrində Biləsuvar rayonunun Biləsuvar şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin şübhəli davranışı və ətrafı müşahidə etməsi sərhəd nar­yadının diqqətini cəlb etmişdir.  

Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd etmiş, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılmışdır.

Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Əsgərov Ümid Nadir olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 8 kiloqram 800 qram (7 900 qram “marixuana”, 900 qram “kakos”) narkotik vasitəsinə bənzər maddələr aşkar olunaraq götü­rülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

                                              Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw