+
-
24.02.2014
Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilmişdir.

23 fevral 2014-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunun Göytəpə  şəhərində yerləşən << N>> saylı hərbi hissə­sin­­­də gənc əsgərlərin hərbi anda gətirilməsi münasibəti ilə təntə­nə­li tədbir keçirilmişdir.

Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini- Şəxsi Heyət üzrə Baş İdarənin rəisi general-mayor Azad Ələk­bə­rov təntənəli tədbiri giriş sözü ilə açaraq şəxsi heyəti və mərasim iştirakçılarını təbrik etmiş, Dahi Öndər Heydər Əliye­vin­ layiqli davamçısı Azərbaycan Respublikasının Prezi­den­ti Silah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətlə inkişaf etməsini, iqtisadi, siyasi və hərbi qüdrətimizin durmadan artmasını öz çıxışında qeyd etmişdir.

Hərbi hissənin Döyüş bayrağı sıra meydanına gətirildikdən sonra gənc əsgərlər Hərbi andı – Vətənə sədaqət andını qəbul etdilər.

Bayram münasibətilə keçirilən təntənəli mitinqdə gənc əs­gər­­lərin valideynləri çıxış edərək öz övladlarını təbrik etmiş və onların sərhədçi kimi formalaşmasında əməyi olan zabitlərə öz təşək­kürlərini bildirmişlər.

f tw