+
-
11.11.2021
11.11.2021, 09:20 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqqədəs torpaqları­mızın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində qəh­rəmancasına həlak olmuş sərhədçilərin anım tədbirləri keçirilmişdir.

Gizir Əliyev Rüfət Füzuli oğlu, kiçik gizir Quluzadə Orxan Elxan oğlu, kiçik gizir Şükürov Alim Davud oğlu, kiçik gizir Qasımov Mirağa Hafis oğlu, əsgər Quliyev Mehtab Ənvər oğlu, əsgər Qalayçıyev Faiq İsrafil oğlunun anım mərasimlərində Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri, rayon icra hakimiyyətlərinin və hüquq-mühafizə orqanla­rının rəhbərliyi, icti­maiyyət nümayəndələri iştirak etmiş, şəhid­lərin məzar­larını ziya­rət edib, üzərilərinə gül çələngləri qoymuşlar.

Anım mərasiminə qatılanlar qəhrəman şəhidlərin sərhədçi andına və şərəfinə sadiq qalaraq Vətən Müharibəsinin ilk günündən döyüş meyda­nında şücaət və fədakarlıq nümayiş etdirdikləri, qarşıya qoyulan döyüş tapşırıqlarını qanları və canları bahasına yerinə yetirərək şəhadət zirvəsinə ucaldıqları qeyd olunmuşdur.  

Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin qanının yerdə qal­ma­­dığı, intiqamlarının döyüş meydanında alındığı, Azərbaycan Res­pub­li­ka­sı­nın Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı  cənab İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyü­müzün bərpa olun­duğu, xalqımıza qalibiyyət sevinci yaşatmış şəhidləri­mizin əziz xatirə­sinin hər zaman minnətdarlıqla anılacağı vurğulanmışdır.

Şəhidlərin ailə üzvləri göstərilən diqqətə görə minnət­darlıq ifadə et­miş, torpaqlarımızın azad olunması uğrunda həlak olan qəhrəmanların xati­rələrinin əbədi­ləş­dirilməsi, ailələrinin ziyarət edilmə­sinin dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi yüksək qayğının, şəhidlərə ifadə olunan ehtira­mı­nın göstəricisi olduğunu bildirmişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw