+
-
07.11.2021
07.11.2021, 13:50 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Mü­zəf­fər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qalibiyyətimizin, xalqımızın yenilməzliyinin, Silahlı Qüvvə­lə­ri­mizin qüdrətinin təntənəsi olan Zəfər Gününü sərhədçilər yüksək əhval ru­hiy­yə və böyük coşqu ilə qarşılayırlar.   

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndər Hey­dər Əliyevin xati­rəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoymuşlar. Sonra görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi hörmətlə yad edilmişdir. II Şəhidlər Xiyabanında Azərbaycanın əra­zi bütöv­­­lüyü uğrunda müqəddəs savaşda həlak olmuş igid oğulların xatirəsi anılmışdır.

Dövlət Sərhəd Xidmətinin mədəniyyət mərkəzində davam edən və dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə “Azərbaycan Res­pub­likasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Res­pub­likası Prezidentinin Sərəncamı şəxsi heyətə çatdırılmışdır.

Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kovnik Elçin Quliyev Zəfər Günü münasibətilə şəxsi heyəti təbrik etmiş, Azər­bay­can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında  30 illik işğala son qo­yularaq ərazi bütöv­lüyü­­müzün bərpa olundu­ğunu, 44 gün davam edən Və­tən müharibə­sinin Azərbaycan Respublikasının parlaq qələbəsi ilə başa çat­dığını xüsusi vurğu­la­mış­dır.  

Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşı­sın­da Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıq­larının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əmə­liyyatlarda Azərbaycan sərhədçilərinin qəhrə­manlıq və şücaət nü­mu­nə­ləri göstər­mələri qeyd edilmişdir.

Müzəffər Ali Baş Komandanın sərhədçiləri “Vətən müharibəsi Qəh­­rəmanı” adına layiq görməsi, orden və medallarla təltif etməsi, cari ilin aprel ayının 26-da Cəbrayıl rayonu ərazisində yeni hərbi hissənin açılış mə­ra­simində “Sərhədçilərin ümumi zəfərdə rolu böyükdür. Mən bunu qiymətləndirirəm!” deməsi, cari ilin oktyabr ayında işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlamış 3 yeni hərbi hissəyə gəlişinin Azərbaycanın Sərhəd Mühafizəsinə göstərilən ali etimadın ifadəsi olduğu vurğulanmışdır.

Tədbirdə Vətən Müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, yurdumuzun bütövlüyü uğrunda şəhadətə qovuşmuş oğullarımızın əziz xatirələrinin hər zaman ehtiramla yad edi­ləcəyi, ulu əcdadlarımızın qəhrəmanlıq ənənə­lə­rin­dən ilhamlanan igidləri­mizin müasir tariximizə yazdıqları şücaət dastan­larının gələcək nəsillərə örnək olacağı, onların qoyduğu mirasın Vətənə sevginin və sədaqətin bariz təzahürü olaraq daima uca tutulacağı qeyd olunmuşdur.

Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyü­şən, azad edilmiş torpaqlarda üçrəngli zəfər bayrağımız altında şərəflə xidmət aparan sərhədçilərin dövlət sərhədlərinin toxunul­mazlığını qətiyyətlə təmin edəcəkləri, milli maraqlarımızı ən yüksək səviyyədə müdafiə edə­cəkləri vurğulanmışdır.  

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması və ərazi bü­tövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşə­karlıqla rəhbərlik etdiklərinə, döyüşlər zamanı şəxsi igidlik və sücaət gös­tərdiklərinə görə təltifləndirilmiş hərbi qulluqçuların orden və medalları təq­dim olunmuş, həmçinin xidməti vəzifələrinin icrası zamanı əldə etdikləri müs­bət nəticələrə görə və 8 noyabr “Zəfər Günü” münasibətilə bir sıra hərbi qulluqçular və işçilər təltif olunmuşlar.

Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Dövlət Sərhəd Xid­mətinin mədəniyyət mərkəzinin yaradıcı kollektivlərinin “Zəfər Günü”nə həsr etdikləri bayram konsertini izləmişdir. 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw