+
-
27.10.2021
27.10.2021, 16:43 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

27 oktyabr tarixində Dövlət Sərhəd Xidmətinin Vətən müharibəsinin iştirak­çısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu­larının Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə “Horadiz” sərhəd dəstəsində təntənəli tədbir keçirilmişdir.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov çıxış edərək hər bir sərhədçinin Azərbaycan Respubli­kasının Prezi­den­ti, milli dövlətçilik tariximizin ən böyük sərkər­dəsi cənab İlham Əliyevin Müzəffər Ali Baş Koman­danlığı altında müqəddəs savaşın qalib əsgəri olması, bütövləşmiş ölkəmizin dövlət sərhədlərində vüqarla dalğalanan üçrəngli bayrağımız altında şərəflə xidmət apar­ması ilə qürur duymasını vurğulamışdır.

Dövlət Sərhəd Xidmətinin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Res­publikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan çavuş və əsgərlərin Vətən müharibəsində böyük qəhrəmanlıqla vuruşmaları, onların döyüş məharəti, vətənpərvərliyi və mübarizliyi nəticəsində Böyük Qələbənin əldə olunmasında Azərbaycan sərhədçilərinin xüsusi rolunun ən ali səviyyədə dəyərləndirilməsi qeyd olunmuş, dövləti maraqlarımızı layiqincə müdafiə edən övladlar yetişdirdiklərinə görə onların valideynlərinə minnətdarlıq bildirilmişdir.

Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərdə canlarını fəda edə­rək xalqımıza qələbə sevincini yaşatmış şəhidlərimizin əbədi ehtiramla yad ediləcəyi, onların qəhrəmanlıq mirasının gələcək nəsillər üçün hər zaman örnək olacağı vurğulan­mışdır.

Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­­rək torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Res­pub­likasının Pre­zi­denti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı cənab İlham Əliyev tərəfin­dən təltif edil­miş sərhədçilərə medallar təqdim olun­muş­dur. 

Tədbirin sonunda tərxis edilən hərbi qulluqçularla xatirə fotoşəkilləri çə­kil­miş və şəxsi heyət xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınmışdır.

 

                                                    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw