+
-
23.10.2021
23.10.2021, 11:10 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaq­ları­mızın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri davam edir.

Şəhid kapitan Cəmiyev Aşur Bəybala oğlu, baş gizir Yusifli Azər Nazim oğlu, kiçik gizir Namazov Elcan Hidayət oğlu, kiçik gizir Paxırov Elsevər Eyvaz oğlu, kiçik gizir Şıxıyev Səyyad Abdul oğlu, kiçik gizir Məmmədli Əşrəf Elman oğlu, kiçik gizir Tağıyev Şahin Rəhim oğlunun anım məra­sim­lərində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, ictimaiy­yət nümayən­dələri iştirak etmiş, şəhidlərin məzarlarını ziyarət edib, gül çələngi qoy­muşlar.

Mərasimlərdə iştirak edənlər torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazanılmış tarixi qələ­bədən danışmış, döyüş meydanında xalqımızın qəhrə­manlıq ənənələrini davam etdirən şəhidlərimizin qanlarını və canlarını yurdumuzun bütöv­­lüyü naminə fəda etdiklərini vurğulamışlar.

Müqəddəs savaşda bizlərə qalibiyyət sevinci yaşatmış şəhidləri­mizin əziz xatirə­­sinin hər zaman sonsuz ehtiramla və minnətdarlıqla anılacağı, onların qoyduğu fədakarlıq və şücaət mirasının gələcək nəsillərə örnək olacağı qeyd edilmişdir.

Şəhidlərin ailə üzvləri dövlətimiz tərəfindən torpaqlarımızın azad olunması uğrunda həlak olan qəhrəmanların xatirələrinin əbədi­ləş­dirilməsi, ailələrinə göstərilən yük­sək diqqət və qayğıya görə minnət­darlıq bildirmişlər.

 

Dövlət Sərhəd XidmətininMətbuat Mərkəzi

f tw