+
-
16.10.2021
16.10.2021, 11:55 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oktyabr ayının 11-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti əra­zisində Bəhrəmtəpə-Biləsuvar avtomagistral yolunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu ərazidə hərəkətdə olan ağ rəngli “Mersedes-Benz” markalı 10-UL-622 dövlət nömrə nişanlı avto­mobil saxlanılmışdır.

Avtomobilin sərnişininin Astara rayon sakini 1992-ci il təvəllüdlü Nəsirov Qismət Tahir oğlu olması müəyyənləşdirilmiş, ona məxsus bağla­maya baxış zamanı içərisində ümumi çəkisi 5 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür. 

Oktyabr ayının 13-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Məsçidməhəllə kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilmiş, baxış zamanı içərisində ümumi çəkisi 550 qram “tiryək” narkotik vasitəsinə bənzər maddə və 100 ədəd Tamol-x 225 psixotrop tərkibli dərman preparatları aşkar olunaraq götürülmüşdür.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw