+
-
11.10.2021
11.10.2021, 14:15 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Oktyabr ayının 10-da Dövlət Sərhəd Xidmətinin Aka­dеmi­yasında gənc kursantların andiçmə mərasimi kеçirilmişdir.

Dövlət himnin səsləndirilməsindən sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaq­larımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhid­ləri­mizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.  

Gənc kursantlar təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xid­mə­tinin rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki şəxsi heyətə çatdırılmışdır. 

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti Aka­dеmi­yasının rəisi polkovnik Aqil Babayev mərasimin ölkəmizin şanlı qalibiyyətinin, ərazi bütöv­lü­yümüzün bərpa edildiyi 44 günlük Vətən mühari­bəsinin 1-ci ildönü­mü dövrünə təsadüf etməsi ilə əlamətdar olmasını vurğulamışdır.

Şanlı tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ermənistan üzərin­də parlaq qələbə qazandığı, torpaq­larımızın işğaldan azad edildiyi, üçrəngli zəfər bayrağımızın sərhədlərimiz boyunca dalğalandırıldığı, Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, sərhədçilərin qəhrəmanlıq və igidlik nümu­nələri göstərdikləri, qalibiyyət dastanı yazdıqları qeyd olunmuşdur.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin, o cümlədən Dövlət Sərhəd Xidmətinin heyəti arasında şəhadət zirvəsinə ucalan qəhrəmanlarımızın sırasında Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olmuş 4 zabitimizin “Vətən Müharibəsi Qəhrə­manı" adına layiq görüldüyü vurğulanmış, bizlərə qələbə sevincini yaşatmış şəhidlərimizin fədakarlığının yaddaşlardan heç bir zaman silinmə­yəcəyi, onların qəh­rə­manlıq mirasının gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daima uca tutulacağı qeyd olunmuşdur.

Çıxışda Azərbaycan Rеspublika­sının Prеzidеnti, Silahlı Qüvvə­lərin Ali Baş Koman­danı cənab İlham Əliyеvin sərəncamı ilə 2007-ci ildə yaradılmış Dövlət Sərhəd Xidmətinin Aka­dеmi­yasında ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, savadlı, peşəkar zabit kadrlarının yetişdiril­məsini təmin edən, yüksək standartlara cavab verən şəraitin, güclü еlmi-tədris bazasının və yüksək ixtisaslı hərbi-pеdaqoji hе­yə­tin olduğu qeyd edilərək, Vətənə, dövlətə sədaqət andı içən gənc kursantların sərhədçi adını şərəflə daşıyacaqlarına, təhsildə və xid­mətdə yüksək nəticələrə nail olacaqlarına əminlik bildirilmişdir.

Gənc kursantlar adından Azər Əlizadə çıxış edərək şəhidlərimizin qanı və canı bahasına azad olunmuş torpaqlarımızda şərəflə xidmət edəcəklərinə, üçrəngli müzəffər bayrağımızın dalğalandığı bütöv Azərbaycanın hüdudlarındadöv­ləti maraqları ən yüksək səviyyədə qoru­yacaqlarına söz vermişdir.  

Mərasim başa çatdıqdan sonra gənc kursantlar 2-ci Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət etmiş, Hərbi Qənimət­lər Parkında olmuşlar.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw