+
-
27.09.2021
27.09.2021,12:59 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Sentyabr ayının 25-də Dövlət Sərhəd Xidmətinin Aviasiya Qüvvələrində “Vətən Müharibəsi”ndə şəhid olmuş sərhədçi pilotlar mayor Abbas Qasımov və baş leytenant Xalid Gözəlovun anım mərasimi keçiril­mişdir.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyətinin,  şəhidlərin ailə üzvlərinin, onların xidmət etdikləri hərbi hissənin hərbi qulluqçularının qatıldığı tədbirdə müqəddəs torpaq­la­rımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önünə gül çələngi qoyulmuş, hərbi hissənin qərargahında yaradılmış şəhid pilotların xatirə guşəsinə baxış keçirilmişdir.  

Mərasimdə çıxış edənlər  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında DƏMİR YUM­RUQ” əməliyyatı nəti­cəsində ərazi bütövlüyümüzün bərpa olunduğu, Vətən müharibəsində  Müzəffər Ali Baş Koman­danı­mız tərəfindən qoyulmuş bütün döyüş tapşırıqlarının sərhəd­çilər tərəfindən uğurla icra edildiyi, Vətən müharibəsinin ilk günlərindən düşmənin ön müdafiə xəttinin yarılmasında, bütün cəbhə boyu tam üstünlüyün əldə edilməsində Dövlət Sərhəd Xidmətinin aviasiya qüvvə­lərinin  həlledici rolu vurğulanmışdır.   

Döyüş tapşırığının yerinə yetirilməsi zamanı pilot zabitlərimizin idarə etdiyi təyyarənin düşmən tərəfindən vurulmasına baxmayaraq, onların həvalə olunmuş  tapşırığı sona qədər canları bahasına yerinə yetirdikləri və qəhrəmancasına şəhid olduqları qeyd olunmuşdur.   

Sərhədçi pilotların döyüş şücaətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvə­lərin Ali Baş Komandanı  cənab İlham Əliyevin Sərəncamları ilə onların “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildikləri bildirilmişdir.

Şəhidlərin ailə üzvləri anım mərasiminin keçirilməsinə görə minnət­dar­lıq ifadə etmiş, şəhidlərin xatirələrinin əbədi­ləş­dirilməsi, ailələrinə  diqqət və qayğının göstərilməsinin dövlətimizin Vətən müharibəsinin iştirakçı­larına, şəhidlərə ifadə olunan ehtira­mı­nın bariz nümunəsi olduğunu bildir­mişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw