+
-
25.12.2013
25.12.2013-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində 20 dekabr 2013-cü il tarixdə ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısını almışdır. Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Yevlax rayon sakini, 1978-ci il təvəllüdlü Məmmədov Hacı Vaqif oğlu ümumi çəkisi 11,7 kiloqram olan marixuana ilə saxlanılmışdır. Onunla birlikdə olan və “VAZ-21015” markalı 15-BM-895 dövlət nömrə nişanlı avtomaşınla hadisə yerindən qaçan Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1979-cu il təvəllüdlü Nağıyev Ramin Hüseynağa oğlu aparılmış axtarış tədbirləri nəticəsində 22 dekabr 2013-cü il tarixdə saxlanılmışdır.

Faktla bağlı Dövlət  Sərhəd Xidməti tərəfindən araşdırma işləri davam etdirilr.

 

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

 

f tw