+
-
13.12.2013
13.12.2013 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin noyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqa­mətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 53 nəfər saxlanılmış, onların 14 nəfəri Azərbaycan Respub­likası, 13 nəfəri Özbəkistan, 12 nəfəri Nigeriya, 5 nəfəri Türkiyə, 3 nəfəri Moldova, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Əfqanıstan, 1 nəfəri Gürcüstan, 1 nəfəri Mali vətəndaşı olmuşdur. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 5 halda 10 nəfər, Xəzər dənizində 29 halda 41 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 200 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 12 halda 28 kiloqram 393,6 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Noyabrın 2-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Müba­rizə İdarəsinin Lənkəran Regional Şöbəsinin əmək­daşları ilə birlikdə keçirilmiş əməliyyat tədbiri nəticəsində AZ 90-DU-326 dövlət nömrə nişanlı "Otoyol" markalı mikroavtobus Saatlı rayonu ərazisində dayanmış və sürücüdən əl yükünü qəbul edərkən Saatlı rayon sakinləri Səmədova İlhamə Məmməd qızı, Səmədov Ruslan Cavid oğlu və Səlimov Elsevər Vidayət oğlu saxlanılmışlar. Yükə baxış zamanı bağlamada 2 kiloqram həşiş aşkar olunaraq götürülmüşdür.

Noyabr ayının 4-də saat 22:00 radələrində Biləsuvar rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində bir nəfərin İran İslam Respublikası tərəfdən, iki nəfərin Azərbaycan Respublikası tərəfdən mühəndis qurğusuna yaxınlaşması və İrandan Azərbaycan tərəfə naməlum əşyanın ötürüldüyü sərhəd naryadı tərəfindən müşahidə olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakinləri Cəfərov Vüsal Nazim oğlu və Abdullayev Mahir Ələsgər oğlu saxlanılmış, onların üzərlərinə baxış zamanı 11 kiloqram marixuana aşkar olunmuşdur.

Noyabrın 6-da saat 21:30 radələrində İmişli rayonunun Bəh­ramtəpə qəsəbəsi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində İrandan Azərbaycana keçmək istəyən bir nəfər İran vətəndaşı - 1977-ci il təvəllüdlü Mehriban Məhəmmədəli Mövsün saxlanılmış və onun üzərindən 10 kiloqram tiryək aşkar olunaraq götürülmüşdür.

"Astara" sərhəd nəzarəti məntəqəsində İran İslam Respublika­sından Azərbaycana keçərkən noyabrın 5-də Astara rayon sakini Mirzəyev Səyavuş Həsənağa oğlunun üzərindən 287 qram tiryək, noyabrın 10-da Gəncə şəhər sakini Əliyev Elşən Əli oğlunun üzə­rindən 650 qram tiryək, 19 qram heroin, noyabrın  20-də Lənkəran rayon sakini Kərimov Elvin Əbülfət oğlunun mədəsində gizlətdiyi  7 bükümdə  41,4 qram heroin, noyabrın 28-də Lənkəran rayon sakini İskəndərov Şahin Əyyub oğlunun üzərindən 168 qram "Metam­fetamin" həbi, 101 qram heroin, noyabrın 30-da Lənkəran rayon sakini İsazadə Şahin Məsti oğlunun bədəninin daxili orqanında gizlətdiyi 116 qram heroin aşkarlanaraq götürülmüşdür.

"Xanoba" sərhəd nəzarəti məntəqəsində noyabrın 23-də Rusi­yadan Azərbaycana keçərkən Rusiya vətəndaşı Qalacov Amirulla Şahmid oğlunun idarə etdiyi "VAZ-21043" markalı H755-KX-05RM nömrə nişanlı avtomobilin müxtəlif yerlərində gizlədilmiş 9 bağla­mada 3,9 kiloqram çətənə bitkisi aşkarlanaraq götürülmüşdür.

Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 48 halda ümumi dəyəri təqribən 339 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd tapança, 1 ədəd tüfəng, 2 ədəd pnevmatik tapança, 2 ədəd 3 mm-lik patron, 3059 ədəd piston, 44 ədəd giliz, 140 kiloqram barıt, 1 ədəd durbin, 698 ədəd pirotexniki vasitə, 159 ədəd mobil telefon, 400 qram qızıl zinət əşyaları, 171400 Avropa valyutası, 26 baş iribuynuzlu heyvan, müxtəlif dərman pre­paratları, spirtli içki və digər istehlak malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamə­tində tədbirlər davam etdirilir.

 

                   Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

 

f tw