+
-
26.03.2021
26.03.2021, 19:30 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

26 mart tarixində bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sər­həd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət kon­servlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləş­dirilmişdir.

Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu materiallar həqiqətəuyğun deyildir və qərəzli xarakter daşıyır.

Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanun­vericiliyinə əsasən dövlət satınalma pro­sedurlarına uyğun həyata keçirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw