![]() |
05.07.2021, 12:32 - Qarabağ atlarının füsünkar gözəlliyi, Azərbaycan milli müsiqisi və rəqsləri britaniyalıları heyran edib Böyük Britaniyanın paytaxtı London şəhərində 1-4 iyul tarixlərində keçirilən ənənəvi "Royal Windsor Horse Show” - “Vindzor Kral Atçılıq Şousu” başa çatmışdır. Böyük Britaniya Kraliçası II Elizabetin şərəfinə hər il təşkil olunan bu tədbirdə Azərbaycan təmsilçilərinin iştirakı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali diqqəti sayəsində mümkün olmuşdur. II >>> |
![]() |
25.06.2021, 16:02 - Dövlət Sərhəd Xidmətinin və Dövlət Neft Şirkətinin BIRGƏ MƏLUMATI Son günlər müxtəlif üzmə vasitələrindən istifadə olunmaqla “Neft Daşları”nda qanunsuz balıq ovlanması hallarının artması müşahidə edilməkdədir. Hazırda ov mövsümü olmadığına baxmayaraq, qanunsuz balıq ovu ilə məşğul olan şəxslərin “Neft Daşları”nın ətrafına, hətta estakadaların altına tor ataraq mühafizə olunan mədən ərazilərində istehsalat proseslərinə maneçilik törətmələri müəyyən olunmuşdur. Qanunsuz balıq >>> |
![]() |
25.06.2021, 14:05 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsi tərəfindən keçirilmiş tədbirlər nəticəsində təxmini çəkisi 70 kiloqram 405 qram narkotik vasitənin, 920 ədəd narkotik tərkibli və 150 ədəd >>> |
![]() |
24.06.2021, 11:51 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 24 iyun tarixində Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilmişdir. Bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə Dövlət Sərhəd Xidmətunin növbəti hərbi hissəsinin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təbrik etmişdir. >>> |
![]() |
22.06.2021, 15:12 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı İyun ayının 22-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilmişdir. Dövlət Sərhəd Xidmətinin aparatında keçirilmiş rəsmi qarşılanma mərasimindən sonra ordu generalı Qamar Caved Bacva “Fəxri >>> |
![]() |
21.06.2021, 15:47 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Хidməti tərəfindən dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi istiqamətində zəruri tədbirlər dаvаm еtdirilməkdədir. Cari ilin iyun ayının 15-də Neftçala şəhər sakini Babayev Elmar Əlisahib oğluna məxsus “bayda” tipli üzmə vasitəsinin Xızı rayonunun Giləzi qəsəbəsi istiqamətindən dənizə çıxaraq qanunsuz balıq ovu ilə >>> |
![]() |
16.06.2021, 12:44 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış fəaliyyətləri davam etdirilir. Dövlət Sərhəd Xidməti əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində cari ilin 14 iyun tarixində ümumi çəkisi 154 kiloqram 500 qram narkotik və psixotrop vasitələrə >>> |
![]() |
14.06.2021, 15:12 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində 15 iyun - “Milli Qurtuluş günü”nün 28-ci ildönümünə həsr edilmiş tədbirlər keçirilmişdir. Tədbirlər zamanı hərbi qulluqçular və dəvət olunmuş qonaqlar hərbi hissələrin Heydər Əliyev İdeoloji Mərkəzlərində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olmuş, büstü önünə gül >>> |
![]() |
14.06.2021, 10:19 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqqədəs torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda Vətən Müharibəsi şəhidlərinin xatirələrinin əbədiləşdirilməsi, şəhid ailələrinin sosial təminatı məsələləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu fəaliyyətlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin Vətən >>> |
![]() |
02.06.2021, 14:41 - Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin məlumatı İyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında >>> |
![]() |
01.06.2021, 14:10 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilmişdir. Sərhəd mühafizə qurumlarının hərbi qulluqçularının və mülki işçilərinin ailə üzvlərinin qatıldığı tədbirlər Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamış, iştirakçılar bayram münasibətilə təbrik edilmişlər. Çıxış edənlər zəngin milli-mənəvi dəyərlərə malik xalqımızın >>> |
![]() |
01.06.2021, 09:54 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Son günlərdə Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 12 kiloqram 754 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır. May >>> |
![]() |
29.05.2021, 11:00 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı May ayının 28-də Zəngilan rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi xidməti-döyüş fəaliyyətinə başlamışdır. Bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev xalqımzın dövlətçilik tarixinin şanlı səhifələrindən olan "28 may - Respublika günü" və yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə >>> |
![]() |
27.05.2021, 11:37 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünə həsr edilmiş tədbirlər keçirilir. May ayının 27-də Dövlət Sərhəd Xidmətinin Aparatında təşkil edilmiş tədbir dövlət himninin səsləndirilməsi ilə başlamış, iştirakçılar ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. >>> |
![]() |
25.05.2021, 14:12 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, sahil mühafizə bölmələrinin texniki təchizatının müasirləşdirilməsi, yeni infrastrukturların yaradılması istiqamətində fəaliyyətlər davam etdirilir. Bu tədbirlər çərçivəsində cari ilin 25 may tarixində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir. Bununla əlaqədar keçirilmiş açılış >>> |
![]() |
24.05.2021, 18:25 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların maddi-texniki təminatı, sosial şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər davam etdirilir. May ayının 24-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd >>> |
![]() |
21.05.2021, 11:57 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi təxminən 20 kiloqram 454 qram narkotik vasitəyə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır. >>> |
![]() |
17.05.2021, 11:19 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət sərhədinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Son günlərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 18 kiloqram 353 qram narkotik vasitənin və 19 754 ədəd güclü təsirli >>> |
![]() |
15.05.2021, 18:25 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 15 may tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dovlət sərhədini pozması aşkar olunmuşdur. Sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, >>> |
![]() |
15.05.2021, 12:40 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı May ayının 15-də Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını çatdırmışdır. Çıxışda gənc əsgərlərin Dövlət >>> |
XƏBƏRLƏR VƏ ELANLAR
|
AZƏRBAYCAN SƏRHƏD
MÜHAFİZƏSİ TARİXİ |