![]() |
30.07.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 25 iyul 2014-cü il tarixdə Azərbaycan Sərhəd Mühafizəsinin 95 illik yubiley tədbirləri çərçivəsində Göytəpə sərhəd dəstəsinin qərargahında yerli sakinlərlə “Dövlət sərhədlərinin mühafizəsində yerli əhalinin iştirakının əhəmiyyəti” mövzusunda görüş keçirilmişdir. Görüşdə Biləsuvar, İmişli, Cəlilabad, Yardımlı rayonlarının Təhsil, Mədəniyyət və Turizm şöbələrinin, Gənclər və İdman İdarələrinin rəhbərlərinin, həmin rayonların sərhədboyu 39 >>> |
![]() |
26.07.2014 - Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin 2014-2015-ci illərdə birgə tədbirlər Planı”na əsasən 2014-cü ilin 21-24 iyul tarixlərində Rusiya Federasiyasının Maxaçqala limanının cənub istiqamətində Xəzər dənizində bioloji resursların qorunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya və qaçaqmalçılığa qarşı mübarizə aparılması mövzusunda geniş miqyaslı təlimlər keçirilmişdir. >>> |
![]() |
25.07.2014 - Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatı Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strateqiyası”na əsasən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş vəzifələrinin icrası, o cümlədən Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsi sahələrində mümkün təhdidlərin qarşısının alınması üzrə qüvvə və vasitələrinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Bu sırada >>> |
![]() |
25.07.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı 2014-cü ilin iyul ayının 24-də Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev Xudat şəhərində Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərini qəbul etmişdir. Qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərin həlli >>> |
![]() |
23.07.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 2014-cü il iyul ayının 19-da Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində keçirilən “Nəfəsli orkestrlərin II Beynəlxalq festivalı”nda iştirak etmişdir. 08-26 iyul 2014 –cü il tarixlərdə keçirilən festivalda Həştərxan şəhər filarmoniyasının nəfəsli orkestri, Dağıstan Respublikasının 102-ci briqadasının hərbi orkestri, Dağıstan Dövlət Filarmoniyasının nəfəsli alətlər >>> |
![]() |
22.07.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhədboyu zonalarda keçirilən rejim tədbirləri çərçivəsində 19 iyul 2014-cü il tarixdə Samux rayon Qarabağlı kənd ərazisində şüşə qabın içərisində ümumi çəkisi 2365 qram olan civə aşkar olunmuş, dərhal yerli əhalinin təhlükəsizliyi təmin edilmişdir. Faktla bağlı müvafiq tədbirlər görülür. >>> |
![]() |
22.07.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində 18 iyul 2014-cü il tarixdə Kiçik Qafqaz sıra dağlarının Şahdağ dağ massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev” zirvəsinə və dəniz səviyyəsindən 4440 metr yüksəklikdə yerləşən “İlham Əliyev” zirvəsinə Dövlət Sərhəd Xidməti hərbi qulluqçularının yürüşü təşkil edilmişdir. Zirvələr >>> |
![]() |
22.07.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illiyi ərəfəsində Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində silsilə tədbirlər davam etdirilir. 18 iyul 2014-cü il tarixdə “Horadiz” sərhəd dəstəsində Füzuli, Beyləqan, İmişli rayonlarının Təhsil, Mədəniyyət və Turizm Şöbələrinin rəhbərləri, həmin rayonlar üzrə sərhədboyu 19 kəndin icra, bələdiyyə və yerli sakinlərindən 95 nəfərin iştirakı ilə >>> |
![]() |
22.07.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir. 18 iyul 2014-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsində Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev – Dövlət Sərhəd Xidmətinin yaradıcısıdır” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Hərbi hissənin İdeoloji >>> |
![]() |
16.07.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhədboyu zonalarda həyata keçirilən rejim tədbirləri çərçivəsində: - 25 iyun 2014-cü il tarixdə Zaqatala rayonunun Muğanlı kəndinin “Qaraçay” çayı yaxınlığında ümumi çəkisi 5 ton 950 kiloqram olan 3966 ədəd; - 11 iyul 2014-cü il tarixdə Zaqatala rayonunun Ağdamkələl kəndi istiqamətində Dindi dağı >>> |
![]() |
15.07.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 15 iyul 2014-cü il tarixdə saat 17:00 radələrində Dövlət Sərhəd Xidməti Akademiya kompleksinin binasında baş vermiş alışma nəticəsində binanın üzlüyündə təqribən 18-20 m2 sahəsində yanğın baş vermiş, Akademiya kompleksinin yanğınsöndürmə sisteminin vaxtında işə düşməsi nəticəsində yanğının yayılmasının qarşısı alınmış və yanğın söndürülmüşdür. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gələrək >>> |
![]() |
11.07.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 2014-cü il 11 iyul tarixində Dövlət Bayraq Meydanında Dövlət Sərhəd Xidməti Akademiyasının 2014-cü il məzunlarının təntənəli buraxılış mərasimi keçirilmişdir. Mərasim zamanı məzunlara diplomlar təqdim olunmuş və gənc zabitlər təntənəli surətdə “Sərhədçi andı”nı qəbul etmişlər. Bütün məzunlar adından çıxış edən leytenant Azər Gözəlov Azərbaycan zabiti olmaq şərəfinə yüksəlmələri və >>> |
![]() |
10.07.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 2014-cü ilin iyun ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilmişdir. Bu müddət ərzində dövlət sərhədini pozduqları üçün 38 halda 47 nəfər saxlanılmış, onların 24 nəfəri Azərbaycan Respublikası, 11 nəfəri Özbəkistan, 3 nəfəri Rusiya Federasiyası, 2 >>> |
![]() |
09.07.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı İyul ayının 24-də Xudat şəhərində yerləşən Xudat Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən Quba, Qusar, Xaçmaz, Şabran rayon sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları iyul ayının 22-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında >>> |
![]() |
27.06.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində rejim qaydalarının təmin olunması tədbirləri davam etdirilir. Cari il ərzində DSX Sahil Mühafizəsinin gəmiləri, katerləri və sahil nəzarəti məntəqələri tərəfindən 67 gəmi və 220 qayığa baxış keçirilmiş,rejim qaydalarını pozduğuna görə Azərbaycan Respublikasına məxsus 20, Rusiya >>> |
![]() |
19.06.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Cari ilin iyun ayının 17-də NATO Parlament Assambleyasının Prezidenti Hyu Bayley Bakıda keçirilən “Rose-Roth” seminarında iştirakı çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev tərəfindən qəbul edilmişdir. Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə NATO arasında əməkdaşlıq əlaqələrinin inkişafı, 2001-ci ildən etibarən NATO-nun Fərdi Tərəfdaşlıq Proqramı, Planlaşdırma və >>> |
![]() |
12.06.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı Cari ilin iyun ayının 3-dən 11 –dək Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 95 illiyinə həsr olunmuş “Sərhəd”hərbi idman oyunlarının final mərhələsi keçirilmişdir. Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə qərarı əsasında təşkil olunan və ənənəvi hal almış bu hərbi idman oyunları >>> |
![]() |
09.06.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 2014-cü ilin 04 iyun tarixində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınmışdır. Həmin tarixdə Beyləqan rayonu 1-ci Şahsevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İİR ərazisində mövqe tutmuş silahlı qrupun müşahidəsi altında İrandan Azərbaycan Respublikasına keçərkən sərhəd naryadına silahlı müqavimət göstərməyə >>> |
![]() |
07.06.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 2014-cü ilin 2 iyun tarixində Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində təqribən 34 000 (otuz dörd min) manat məbləğində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. Daxil olmuş qabaqlayıcı əməliyyat məlumatı əsasında Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhəd xəttindən 200 metr məsafədə Azərbaycan >>> |
![]() |
06.06.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Cari ilin 4-5 iyun tarixlərində MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının (SKQŞ) Soçi şəhərində keçirilmiş 71-ci iclasında Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti müşahidəçi qismində iştirak etmişdir. İclasda MDB üzv-dövlətlərinin sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparmış, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə əməkdaşlıq, >>> |
XƏBƏRLƏR VƏ ELANLAR
|
AZƏRBAYCAN SƏRHƏD
MÜHAFİZƏSİ TARİXİ |